Azərbaycanda canlı yayımda şok etiraf - VideoAzərbaycanda qadın canlı efirdə cinayət törətdiyini etiraf edib.

Avrasiya.net xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin canlı efirində qadın qayınanasını öldürdüyünü etiraf edib. O, bilmədən qayınanasını itələyərək öldürdüyünü deyib.

Həmin görüntüləri təqdim edirik:
QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə start verildi"Fevral ayının 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəklədiyi “Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili” layihəsinə başlamışıq. On minlərlə izləyicisi olan “Niyameddin Orduxanlı” facebook səhifəsi vasitəsi ilə 3 ay ərzində yüz minlərlə vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Həmçinin də facebookun imkan verdiyi pullu reklam vasitəsindən də istifadə edəcəyik”.

Bunu "Xalq Cəbhəsi.az" saytına açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi bu layihə pandemiyanın indiki məqamında çox əhəmiyyət daşıyır və bu istiqamətində məlumatın çatdırılması facebook şəbəkəsinin verdiyi ödənişli reklam əsasında da həyata keçiriləcək: “ Bu gün artıq Azərbaycanda koronavirusa yoluxanların sayı gündəlik 4000-5000 yaxındır. Xüsusən "Omikron" ştammın ortaya çıxmasından sonra yayılma bütün dünyada sürətlə yayılır. Əlbəttə ki, dövlətimiz pandemiyanın ilk günləridə virusa qarşı mübarizə yolunu uğurla seçib. Bunun göstəricisidir ki, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq sıradadır. Koronadan ölüm sayı bizdə həddindən artıq aşağıdır. Bizim həyata keçirdiyimiz layihə birbaşa sosial şəbəkələr üzərindən aparılacaq. Bilirsiniz ki, facebook maliyə büdcəsi milyard dollarla ölçülür. Və hər bir səhifə istifadəçisi ödəniş əsasında hər hansı bir məlumatı yüz minlərlə, milyonlarla insana çatdıra bilər. Uzun illərdir facebook sosial şəbəkəsindən istifadə edirik. Bizim təşkilatın geniş təcrübəmiz var.

Bizim təşkilatın geniş təcrübəmiz var. Koronavurusla bağlı məlumatı hər gün facebook üzərindən on minlərlə şəxsə çatdıracağıq. Əsas fəaliyyətimiz həm maarifləndirici olacaq, həm də dövlət rəsmilərinin gündəlik məlumatlarını yaymaq olacaq. Bunu hər dəfə yaydıqda, həm səhifədə olan on minlərlə üzvlər görəcək, həm də qeyd etdiyim kimi, ödəniş əsasında yüz minlərlə şəxsə göndərəcəyik. Hesablarımıza görə, layihənin sonda yüz minlərlə şəxsə məlumat göndərə biləcəyik. Bilirsiniz ki, bu gün Azərbaycanda cəmi 5 milyon şəxs facebook istifdəcisidir. Əhalinin çox böyük hissəsi günün çox hisəsini facebookda olur.Biləsiniz ki, bu gün Azərbaycanda ən çox istifadə olunan şəbəkə facebookdur. "
QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, bu layihəyə dəstək verən Agentliyinin bütün rəhbər şəxslərinə, hörmətli Azay Quliyevə, onun müavini hörmətli Vüsal Quliyvə, İcraçı Direktor hörmətli Aygün Əliyevaya və Agentliyin Müşahidə Şurasının hörmətli üzvlərinə təşəkkürümüzü bildiririk:"Son zamanlar Agentliyin yüksək səviyyəli fəaliyyətini görürük. Geniş miqyaslı fəaliyyət istiqamətini həyata keçirdirlər. Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin Vətəndaş Cəmiyyəti İnstitutuna xüsusi diqqətini müşahidə edirik. İntensiv görüşlərin keçirilməsi, yüzlərlə QHT rəhbərinin Qarabağa səfəri, fərdi qaydada nüfuzlu hüquq müdafiəçiləri ilə görüş və digər məqamları qeyd edə bilərəm. Bu gün faktiki Prezident Adminstasiyası ilə QHT-lərin yüksək səviyyəli birgə əməkdaşlığının şahidi oluruq. "

Niyaməddin Orduxanlının dediyinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerlərdədir: “İlk gündən cənab Prezident öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Prezidentin qabaqlayıcı tədbirləri nətəcisində bu gün Azərbaycanda 700 000 vətəndaş virusa yoluxub və bunun 670 000 artıq şəxs saxalaraq evə buraxılıb. 20 000 artıq şəxsin müalicəsi davam etdirilir. Təəssüf ki, 9000 nəfərə yaxın vətəndaşımız həyatını itirib.”

QHT sədrinin sözlərinə görə, bu gün bütün dünyada sərt karantin rejimindən yumşaldılma keçiddən sonra, yolxuma sayları artmaqdadır: “Agentliyin 2021-ci ilin qrant müsabiqəsində pandemiyaya xüsusi diqqət ayrıldığının şahidi olduq. Onlarla layihə bu istiqamətdə faəliyyətə başlayacaq. Bu iki Agentliyin sədri Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mübairzəyə səfərbər etdi. Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaratdı və özünün rəhbərliyi ilə vətəndaşların maarıfləndirilməsi istiqamətinə addımlar atıldı. Onlara video konfranslar keçirdi. Və bildiyim qədəri ilə keçən il 200 yaxın QHT-nin layihəsi məhz koronavirusa qarşı mübarizəyə yönəldildi. Bu il də virusa qarşı mübarizəyə çox ciddi proritet istiqamət götürülüb. ”
Meyiti tapılan 4 yaşlı qız öldürülübmüş - RəsmiBakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb.

İstintaq davam etdirilir.
Omikron üçün xüsusi testə ehtiyac yoxdur - RəsmiSəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.

Avrasiya.net məlumatı təqdim edir:

"Son günlər rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə məlumatlar daxil olur. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K Omikron variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur.

Qeyd edək ki, koronavirusun mutasiyalarından asılı olmayaraq müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.

Yeni ştamın simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək".
"Erməni faşizminin yenidən baş qaldırmasına əsla yol vermək olmaz"Erməni millətçiliyi, erməni faşizmi sanki osminoqa bənzəyir. Biz 44 günlük İkinci Qarabağ müharibəsində bu osminoqun başına dəmir yumruq endirib onu əzsək də, ancaq erməni faşizmi yenidən baş qaldırmağa cəhd göstərir. Bu dəfə revanşizm formasında baş qaldırır. Faşistlərin qəhrəmanlaşdırılması yoluyla baş qaldırır. Bir yandan alman faşizminin nökərlərindən biri olmuş Njdenin Ermənistanda təbliğatı aparılır, digər yandan isə Xocalı qatilləri Robert Köçəryan, Serj Sərkisyan və digər erməni faşistləri yenə də meydan sulamağa, hakimiyyəti ələ keçirməyə çalışırlar.

Ancaq bütün bunlar yolverilməzdir. Erməni faşizminin təzədən baş qaldırmasına əsla yol vermək olmaz. Elə Prezident İlham Əliyev də yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində məhz bu məqamı xüsusi olaraq vurğuladı və erməni faşizminin bütün təzahürlərinin yer üzündən tamamilə silinməsi üçün digər ölkələri də, beynəlxalq ictimaiyyəti də bu məsələdə Azərbaycanla həmrəy olmağa çağırdı.

"Biz sadəcə öz torpağımızı azad etmədik, həm də regionu vəhşi xislətli qüvvələrdən təmizlədik. İndi onlar boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”. Bu, erməni revanşistlərinə Azərbaycanın dövlət başçısı səviyyəsində növbəti və həm də ən sərt xəbərdarlıq idi. Odur ki, Ermənistanda başa düşməlidirlər ki, Armen Sarkisyanın istefasından sonra revanşist qüvvələrin fəallaşması erməni xalqının özü üçün zərərlidir.

Rəsmi İrəvan revanşistlərin baş qaldırmasına rəvac verən yanlış siyasətdən əl çəkməlidir və real sülhə nail olunması istiqamətində təcili addımlar atmalıdır. Beynəlxalq ictimaiyyət isə erməni faşizminin rəhbər şəxsləri üzərində tarixi Nürnberq prosesinə bənzər hərbi tribunalın təşkil edilməsində Azərbaycana kömək etməlidir. Faşizmin formalarına, təzahürlərinə fərq qoyulmamalıdır. Bu bir inkarolunmaz həqiqətdir ki, faşizmin yaxşısı, pisi yoxdur. Dünya birliyi alman faşizminə və erməni faşizminə münasibətdə ikili mövqe tutmamalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Siyəzəndə “Gələcək gənclərindir!” adlı yaradıcılıq sərgisi təşkil olunubFevralın 1-də Gənclər Mərkəzində 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gələcək gənclərindir!” adlı yaradıcılıq sərgisi təşkil olunub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan sərgidə yaradıcı və istedalı gənclərin əl işləri nümayiş olunub. Sərginin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev ilk növbədə tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Çıxışlar zamanı həmçinin gənclərə dövlət qayğısı haqqında ətraflı danışılıb. Daha sonra tədbir iştirakçıları tərəfindən sərgiyə baxış keçirilib.

Yaradıcılıq sərgisi gənclərin sənətkarlıq və incəsənətə marağının artıırılması, müxtəlif istiqamətli sənət növlərinin gənclər arasında təbliği, istedadlı gənclərin yaradıclıq qabiliyyətlərinin inkişaf etdirilməsinə şəraitin yaradılması, həmçinin əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyıb.

Sərgidə rəsm əsərləri, bədii tikmə, toxuma və hörmə nümunələri, suvenirlər, oyuncaqlar, məişətdə işlədilən əşyalar, müxtəlif maketlər və s. müxtəlif texnikalar istifadə etməklə yaradılmış sənət nümunələri nümayiş etdirilib.

Sonda əl işləri sərgidə nümayiş olunan gənc istedadlar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.







#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#gəncəm
#SiyəzənGİİ
#GİN
Belarus Polşaya raket atdıBelarus hərbçiləri Polşa sərhədçilərini siqnal raketləri ilə atəşə tutublar.

Axar.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsindən məlumat verilib.

“Bu gecə Sərhəd Mühafizəsinin Belovejsk zastavasında Belarus əsgərləri siqnal raketindən atəş açıb, raket Polşa tərəfinə düşüb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, raketin düşdüyü yerdə Polşa Sərhəd Mühafizəsinin postu yerləşir.
Ukrayna Donbasa hücum planı hazırlayıbUkrayna Baş Qərargahı cənub-şərq regionlarında hücum əməliyyatı planının işlənib hazırlanmasını başa çatdırıb. Bunu "Donetsk Xalq Respublikası"nın xalq milislərinin nümayəndəsi jurnalistlərə bildirib.
"Donbasda vəziyyət gərgin olaraq qalır və daha da gərginləşməyə meyllidir. Bizim gizli kəşfiyyat məlumatlarımıza görə, Ukrayna Baş Qərargahı hücum əməliyyatı planının hazırlanmasını başa çatdırıb. Onun hazırlanması barədə artıq məlumat vermişik", - nümayəndə bildirib.

Onun sözlərinə görə, bu həftə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Şimal və Şərq əməliyyat-taktiki qruplarının komandirləri ilə görüş keçirəcək.

NATO generalı Gürcüstana gəldiNATO-nun Birgə Qüvvələr Təlim Mərkəzi (JFTC) komandanın müavini, Baş Qərargahın rəisi briqada generalı Cozef Spişak Gürcüstana işgüzar səfər edib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

NATO generalı Vaziani Hərbi Hazırlıq Mərkəzinə baş çəkib və infrastrukturla tanış olub. C.Spişak həmçinin mərkəzdə keçirilən həftəlik kursun çöl komponentini müşahidə edib.

General səfər çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanlığının nümyəndələri ilə də görüş keçirib. Tərəflər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) potensialının artırılması və bu il Gürcüstanda planlaşdırılan birgə təlimlərin təşkili məsələlərini müzakirə ediblər.
QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcəkAzərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

Avrasiya.net-in xəbərinə görə, bununla bağlı "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.