Dialoqa hazırıq, lakin gərginlik artarsa... - StoltenberqRusiya ilə dialoq qurmağa hazırıq. Heç kim silahlı qarşıdurmaya maraqlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq İtaliyanın “La Stampa” qəzetinə açıqlamasında deyib.

“Əgər siyasi həll yolu olsa, hamımız qalib olacağıq. Rusiya Ukraynaya qarşı bir daha güc tətbiq etsə, bunun əvəzini iqtisadi və siyasi sanksiyalarla ödəməli olacaq. Kiyevə Ukraynanın özünümüdafiə hüququnu dəstəkləməyə kömək edəcəyik və təbii ki, lazım gələrsə, müttəfiqlərimizi də qorumağa hazırıq. Rusiyanın məqsədi sərhədlərində daha az NATO qüvvələrinin olmasıdırsa, bunun əksi ilə qarşılaşacaq. Hücum olarsa, bu dəfə daha çox qüvvə göndərəcəyik", - deyə Stoltenberq bildirib.
Müdafiə Nazirliyi itkin düşən hərbçilə bağlı brifinq keçirdiMüdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirib.

Avrasiya.net-in məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib.

"Baş leytenant Bağırov Fuad Allahverdi oğlu, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb", - deyə nazirlik rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

“Kəlbəcər və Laçın rayonları çətin relyefli ərazilərdir. Bu ərazilərdə qış vaxtlarında temperatur mənfi 30 dərəcəyə düşür”, - deyən nazirlik rəsmisi qeyd edib ki, Kəlbəcər və Laçında döyüş növbətçiliyi aparmaq üçün bütün şərait yaradılıb.
Azərbaycanın tanınmış güləşçisi narkotikə görə saxlanılıbSabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərdən birinin güləşçi olduğu müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.

25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Avtobusda maska taxmayanlar CƏRİMƏLƏNDİPaytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə Xətai, Binəqədi, Nəsimi, Sabail, Sabunçu və Suraxanı rayonlarında polis əməkdaşları tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbirləri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.
Baydenə sui-qəsd hazırlayan şəxs saxlanıldıABŞ Prezidenti Cozef Baydenə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Daily Beast" nəşri xəbər verir ki, saxlanılan Skott Merriman ifadəsində Tanrının ona bu tapşırığı verdiyini deyib: “O, mənə millətin ürəyinə və beyninə girmiş bu amansız ilanın başını kəsməyi əmr edib".

Qeyd edək ki, S.Merriman Kanzas şəhərindən Meriləndə gedərkən bir restoranın yanında saxlanılıb. Üzərində bir neçə jurnal və hədəfləri müşahidə etmək üçün optik durbin aşkar edilib.
Qarabağın bərpası üçün vəsait müəyyənləşəcək -  QƏRAR2026-cı ilə qədər azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

Avrasiya.net-in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Azərbaycanda 2 il əvvəl törədilən cinayətin üstü açıldıBaş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 2 il əvvəl törədilərək bağlı qalan cinayətin üstü açılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 4 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 02.04.1962-ci il təvəllüdlü Aidə Ağadadaş qızı Şəmmədovanın yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 05.05.1992-ci il təvəllüdlü Şəhriyar Əliyar oğlu Tapdıqovun 04.09.2020-ci il tarixdə Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

29.01.2022-ci il tarixdə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub, sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bakıda qeydə alınan cinayətlərin sayı...Ötən il Bakıda qeydə alınan cinayətlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, 2021-ci ildə daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınan 29 327 cinayətin 12 761-i və ya 43,5%-i Bakı şəhəri üzrə olub, açılması 86,3% (+5.4%) təşkil edib.

Həmin cinayətlərin 81,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5%-i ağır və xüsusilə ağır növlərdir.

2020-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 21,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7%, oğurluqlar 13,6%, o cümlədən mənzillərdən edilənlər 24,8%, soyğunçuluqlar 38,3%, hədə-qorxu ilə tələb etmələr 4,3%, avtonəqliyyatı qaçırmalar 8,3% azalıb.

Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80,6%-i, şəxsiyyət əleyhinə olanların 97,3%-i, onlardan qəsdən adam öldürmələrin 98,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,6%-i açılıb.

Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalan 180, o cümlədən 38 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib, həmin hüquqazidd əməllərə görə 250 təqsirləndirilən şəxs tutulub.
Karantini pozan obyekt sahibi cərimələndiŞabranda karantin qaydalarını pozan obyekt sahibinə protokol tərtib olunub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.
verilən məlumata görə Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Obyektin sahibi Elvin Səddarov və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.
Ordumuzun 4 hərbçisi itkin düşdü, 3-ü tapıldıKəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.
Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.