Bizə 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla?Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik.

Əlbəttə ki, bizim əlaqələrimiz üçün yeni səhifə açılacaqdır. Bununla paralel olaraq Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Mən Bolqarıstanla olan məsələləri nəzərdə tuturam. Bilirsiniz ki, bu, bizdən yox, Bolqarıstandan çıxıbdır. İndi bu məsələnin mahiyyəti yəqin ki, bəllidir. Ona görə buna böyük ehtiyac var. Azərbaycan da etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Onların bizim nəqliyyat imkanlarımıza böyük marağı vardır. Onu da bildirməliyəm ki, Avropa İttifaqı Şurasının keçmiş prezidenti cənab Tusk 2019-cu ildə Bakıda olarkən, xüsusilə Ələtə getmişdir. Beynəlxalq Dəniz Limanına gedib orada vəziyyətlə tanış olmuşdur. İndiki prezident Mişelə isə Şamaxıya səfəri çərçivəsində orada həm Ələt İqtisadi Zonası ilə, həm də limanla bağlı təqdimat edilmişdir. Yəni, bu sahəyə çox böyük maraq var.

Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu ən müasirdir. Demək olar ki, bütün işlər artıq tamamlanıb. Bu, Avropa üçün böyük maraq kəsb edir. Şarl Mişel Azərbaycanda olarkən, Şamaxıya gedəndə yol üstündə Azərkosmosu da ziyarət etdi. İndi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbətdir. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Narahatedici məqamlar demək olar ki, yoxdur. Ya da ki, son hadisələrə qədər yox idi. Onu da mən cənab Mişelə həm Bakıda, həm Brüsseldə demişəm. O da Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlıdır. Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni, bunu təkcə mən demirəm. Artıq bu Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da dilə gətirmişəm həmişə. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə ki, biz səssiz qalmayacağıq. Nəinki səssiz qalmayacağıq, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim Livan boyda ərazimiz tamamilə yerlə-yeksan edilib. Bizə cəmi 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla, əsas nədir?! Qoy, izahat versinlər. Mən məsələni elə qoymuşam ki, Ermənistana hansı şərtlərlə və hansı məbləğdə vəsait veriləcəksə, eyni şərtlərlə eyni məbləğdə bizə də verilsin. O izahat ki, Azərbaycanın pulu çoxdur, Ermənistanın pulu azdır. Bu, nə dərəcədə ədalətlidir? Ola bilməz. Ona görə bu son hadisələrdə yeganə narahatlıq və problem yarana biləcək məsələ budur. Bizim aramızda hər hansı başqa bir fikir ayrılığı yoxdur. Şərq Tərəfdaşlığının son Zirvə Görüşü də bunu göstərdi. Avropa İttifaqı ilə əminəm ki, əlaqələrimiz uğurla davam etdiriləcək. Bu, bizim üçün önəmlidir, bizim xarici siyasət konsepsiyamızın tərkib hissəsidir", - Prezident deyib
Prezidentdən tender şirkətlərinə XƏBƏRDARLIQ2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı deyib.

“Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident Qarabağdakı ermənilərin dəqiq sayını dediDigər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb", - dövlət başçısı vurğulayıb.
Pakistan Əfqanıstanda Səudiyyə-İran rəqabətinin ortasındaKabildə layiqli hökumət olduğu müddətdə Əfqanıstanda Səudiyyə və İran ambisiyalarını idarə etmək o qədər də çətin olmayacaq

“Taliban”ın Əfqanıstan üzərində tam nəzarəti ələ keçirdiyi və ölkədə silahlı müxalifətdən əsər-əlamət qalmadığı bir vaxtda Pakistan “Taliban”a beynəlxalq səviyyədə tanınmasına kömək edir.

“Taliban”ın Əfqanıstana nəzarəti bəzi ölkələr üçün imkanlar yaradıb, digərləri isə öz güc ambisiyalarına meydan oxuyur. İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqin barışmaz rəqibləridir və Əfqanıstanla bağlı tez-tez əks mövqe tuturlar. Əfqanıstandakı hazırkı vəziyyət Səudiyyə rejimi və İran üçün mürəkkəbdir. Səudiyyəlilər BƏƏ və Pakistanla birlikdə 1996-cı ildə ilk “Taliban” administrasiyasını tanıyan üç ölkədən biri idi.

Avrasiya.net xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə Hindistanın tanınmış siyasi eksperti Məhəmməd Pərviz Bilgami deyib.

Ekspert deyib ki, “Taliban” Əfqanıstanı ələ keçirdikdən sonra İran hələ də Kabildə səfirliyi fəaliyyət göstərən azsaylı ölkələr sırasındadır. Bununla belə, səudiyyəlilər “Taliban”ı tanımağa meylli görünmür, çünki son iyirmi ildə regionun geosiyasəti əhəmiyyətli dərəcədə dəyişib. Bununla belə, Vaşinqton onları Qərbin maraqlarına xidmət edə biləcək müəyyən mövqe tutmağa məcbur edərsə, Səudiyyə Ərəbistanının vəziyyəti dərhal dəyişə bilər:

“Səudiyyə Ərəbistanı 1998-ci ildə Usamə Bin Ladeni təhvil verməkdən imtina etdikdən sonra “Taliban” rejimi ilə diplomatik əlaqələri dondurdu. 2001-ci ildə ABŞ-da törədilən terror aktından sonra Səudiyyə Ərəbistanı Əfqanıstan səfirliyindəki müvəqqəti işlər vəkili Mulay Mutiullahı ölkədən çıxardıqdan sonra “Taliban” rejimi ilə ikitərəfli əlaqələr tamamilə kəsilib. Səudiyyəlilər həmçinin 2018-ci ildə üləmaların (İslam alimləri) konfransını təşkil edərək, qruplaşma əleyhinə qərarlar çıxarmaq və onun “cihadını” qanuniləşdirmək üçün “Taliban”ı gözdən salmağa çalışdılar. O günlər idi ki, səudiyyəlilər öz hakimiyyətlərinə legitimlik qazanmaq üçün üləmaya arxalanırdılar”.

2011-ci ildə “Ərəb baharı” adlandırılan hadisənin başlanmasından bəri Səudiyyə Ərəbistanı dövlət quruculuğu, siyasət və ya iqtisadiyyatda İslam prinsiplərinə riayət edən müsəlman ölkələrini təhlükə olaraq görür. Səudiyyə hökuməti “Taliban” rejiminin şəriətə əsaslanan idarəetmə formasından danışmasını istəməzdi, xüsusən də Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın öz Krallığında “modernləşmə” yolunda olduğu bir vaxtda.
Bu yaxınlarda Səudiyyənin Təbliyi Camaatının fəaliyyətinə qadağa qoyması, daxili kütləvi missioner yenilənməsinin apolitik, ən sakit hərəkatı Əfqanıstanda baş verən hadisələrlə əlaqələndirilir, çünki həm “Taliban”, həm də Təbliyi Camaat özlərini Deobandi sünni hərəkatının bir hissəsi kimi tanıdırlar. “Taliban” liderlərinin əksəriyyəti Pakistandakı Deobandi seminariyalarını, o cümlədən onun mərhum banisi Molla Məhəmməd Ömər də bitirib. “Taliban” hökuməti 2013-cü ildən siyasi ofisinə ev sahibliyi edən Qətərlə sıx əlaqələrə malikdir. Qətər “Taliban”ın ABŞ ilə sülh danışıqlarında mühüm rol oynayıb və hazırda yeni Kabil hökmdarlarına administrasiyanın müxtəlif aspektlərində kömək edir:

“İran 2015-ci ildən “Taliban”la əlaqələri davam etdirir. İŞİD terror qruplaşmasında ümumi təhlükə aşkar edən Tehran beynəlxalq terror təşkilatının qarşısını almaq üçün “Taliban”la əməkdaşlıq edib. İran həmçinin Əşrəf Qani administrasiyası ilə “Taliban” arasında danışıqlar aparıb və bir neçə raund danışıqlara ev sahibliyi edib. İran Kabildə səfirliyini saxlayır və “Taliban”la yaxşı işgüzar əlaqələr qurub”.
Ekspertin fikrincə, ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra Səudiyyə Krallığı özünü təcrid olunmuş hiss edir. Səudiyyəlilər Pakistandan Əfqanıstanın İranla birləşməyəcəyinə və Qətər-Türkiyə ittifaqının bir hissəsi olmayacağına dair zəmanət istəyəcəklər. Pakistanın Əfqanıstandakı geosiyasi üstünlüyü səudiyyəlilər üçün pis əlamət deyil, baxmayaraq ki, Səudiyyə hökumətinin son bir neçə ildə Pakistanın əzəli rəqibi Hindistana meyl etməsi İslamabadın narahatlıqla baxdığı bir hadisədir. Əfqanıstandakı Səudiyyə-İran rəqabəti, şübhəsiz ki, səudiyyəliləri öz işlərini idarə etmək üçün Pakistandan istifadə etməyə məcbur edəcək. İran Əfqanıstanla bağlı Pakistanla anlaşma əldə etməyə çalışarkən səudiyyəlilər artıq dəyərli vaxtlarını itiriblər:

“Krallıq həm də təkcə “Taliban”a təsir göstərməyəcək, həm də Kabildəki “Taliban” hökumətinin istiqamətini formalaşdıran Pakistanın Xidmətlərarası Kəşfiyyatının (ISI) yaxşı tərəfində qalmaq istəyir. Səudiyyə Ərəbistanının Əfqanıstana marağı keçmişdən dəyişməsə də, daha qərbyönümlü Səudiyyə rejimi “Taliban”la ilk hakimiyyət dövründə olduğu kimi eyni cür xoşbəxtliyi istəməzdi. Beləliklə, səudiyyəlilər Əfqanıstan “Taliban”ı ilə hər hansı müqayisədən qaçmaq istəyirlər. Pakistanın Səudiyyə Ərəbistanı və İranla əlaqələri son bir neçə ildə təlatümlü olub. Pakistan Səudiyyənin Yəməndəki hərbi uğursuzluğunda iştirak etməkdən imtina etdikdən sonra gərginlik daha da artıb. Digər tərəfdən, Tehran və İslamabad arasında ikitərəfli münasibətlər son iki ildə tez-tez həyata keçirilən səfərlər və danışıqlar sayəsində xeyli yaxşılaşıb. Bundan əvvəl, 2017-ci ildə hər iki tərəfin transsərhəd hücumları səbəbindən gərginlik hökm sürürdü”.

Səudiyyə Ərəbistanının bugünkü Əfqanıstanda aktuallığını qorumaq üçün çox az variantı qalıb və Pakistan onların Kabildə müəyyən təsirə malik olmaq üçün ən yaxşı variantıdır. Səudiyyə Ərəbistanının dərin xəzinələri Ər-Riyadı sanksiyalardan əziyyət çəkən İrandan daha yaxşı vəziyyətdə qoyur. Bundan əlavə, səudiyyəlilərin öz neft dollarları ilə xarici təsirləri satın almaları ilə bağlı ictimai şou göstərdikləri məlumdur. İran Pakistanın siyasətlərinə təsir etmək üçün köhnə diplomatiya, ticarət və strateji təşəbbüslərə etibar etməli olacaq ki, səudiyyəlilər İslamabad və Kabildə yersiz təsir əldə edə bilməsinlər. Bir az səbirlə İran da Səudiyyə Ərəbistanının öz siyasətindəki tələskənliyindən istifadə edə biləcək. Səudiyyənin yəhudi lobbilərini razı salmaq səyi ilə İranın Krallığı gözdən salmaq üçün çoxlu imkanları olacaq.
İranın Səudiyyə Ərəbistanında heç vaxt ola bilməyəcəyi bir şey var: həm Əfqanıstan, həm də Pakistanla sərhəd. Pakistan üçün İranın Əfqanıstandakı müsbət rolu Əfqanıstanda “Taliban” hakimiyyətinin sabitləşməsi və tanınması baxımından daha əhəmiyyətlidir:

“Bununla belə, Pakistan Əfqanıstanda İrana çoxlu torpaq güzəştinə getmək istəməzdi. Səudiyyə Ərəbistanının əhəmiyyətsizliyi artsa da, İran diplomatik sahədə daha fəaldır. Oktyabrın 27-də İranda Əfqanıstan üzrə Moskva formatı adlanan danışıqların altı üzvü olan Rusiya, Çin, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistanın xarici işlər nazirləri iştirak edib. Pakistan və İran üçün Əfqanıstanın sabit yerə və sonra daha geniş regional iqtisadi və nəqliyyat şəbəkəsinin bir hissəsinə çevrilməsini təmin etmək onların qarşılıqlı maraqlarına uyğundur”.

Bu yaxınlarda Əfqanıstan-İran sərhədində baş verən toqquşma İran hakimiyyəti tərəfindən “anlaşılmazlıq” kimi qiymətləndirilsə də, gələcəkdə bu cür anlaşılmazlıqların yaranma ehtimalı arta bilər. Belə bir vəziyyətdə Pakistanın vasitəçilik rolu genişlənəcək. Səudiyyə Ərəbistanı hazırda Əfqanıstandakı rolunu aşağı səviyyədə saxlayır, lakin Ər-Riyad Əfqanıstanda uzun müddət biganə qala bilməz. Onlar Ər-Riyadda siyasət qızdırmasına meyllidirlər və bir gün Əfqanıstanda böyük rol oynamaq istəyi yarana bilər.

Bu baş verərsə, onlar Pakistanın təsir rıçaqlarından istifadə etməli olacaqlar: “Səudiyyə Ərəbistanının nağd pul sıxıntısı olan Pakistanın qərar qəbul etməsinə təsir etmək qabiliyyəti İslamabadın 2019-cu ildə Kuala Lumpur konfransından on birinci saatda geri çəkilməsindən aydın görünür. Buna baxmayaraq, Əfqanıstan daha mürəkkəb məsələdir və Səudiyyə Ərəbistanı anlaya bilər ki, qəzəblənmək həmişə işə yaramır. Pakistanın ziddiyyətli maraqları idarə etmə tarixini nəzərə alsaq, Kabildə layiqli hökumət olduğu müddətdə Əfqanıstanda Səudiyyə və İran ambisiyalarını idarə etmək o qədər də çətin olmayacaq”.
İlham Əliyevdən Ermənistana xəbərdarlıqDeyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. Bu, birincisi.

İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək", - İ.Əliyev qeyd edib.

Prezident çörəyin bahalaşmasından danışdıÇörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir”, - İ.Əliyev söyləyib.
İrəvan əfsuslar olsun ki, müharibədən dərs çıxarmayıb - ƏliyevErmənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik", - dövlət başçısı vurğulayıb.
İcraçı direktor media sahəsində aparılan islahatların hədəflərini açıqlayıbMedianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "MEDİA islahatları: Yeni hədəflərə doğru" adlı məqalə yazıb.

Avrasiya.net həmin məqaləni təqdim edir.

"2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqmızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.

Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır

Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellerərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyətləri də özündə birləşdirir.

Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.

Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.

Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.

İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider Ulu Öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurmlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.


MEDİA
12 Yanvar , 2022 14:30
İcraçı direktor media sahəsində aparılan islahatların hədəflərini açıqlayıb
İcraçı direktor media sahəsində aparılan islahatların hədəflərini açıqlayıbƏhməd İsmayılov
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "MEDİA islahatları: Yeni hədəflərə doğru" adlı məqalə yazıb.

"Report" həmin məqaləni təqdim edir.

"2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən Müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqmızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.

Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.

Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellerərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyətləri də özündə birləşdirir.

Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Bu mənada yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilmişdir. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır. Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınmışdır. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilmişdir.

Hələ Milli Məclisə təqdim edilənədək qanun layihəsinin onlarla media subyektində təqdimatı olmuş və yüzlərlə (800-ə yaxın) jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilmişdir. Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən layihə ilə əlaqədar bütün suallara və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə ictimaiyyətlə effektiv kommunikasiya qurulmuşdur və maraq doğuran məqamlara operativ və ətraflı izahlar verilməkdədir.

Bundan əlavə, hazırda ölkədə media sahəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, ifadə azadlığının daha çox təmin edilməsi istiqamətində müvafiq iş davam etdirilir, qanunvericilikdə mövcud olan bəzi tələblərin yumşaldılması imkanları təhlil edilir.

İstənilən ölkədə medianın inkişafının ilkin şərtlərindən biri jurnalistlərin peşəkarlığının artırılması, onların problemləri və ehtiyacları ilə bağlı tədbirlərin görülməsidir. Agentlik bu istiqamətdə istər müstəqil şəkildə, istərsə də yerli və xarici tərəfdaşlarla birgə müntəzəm olaraq müxtəlif təlimlər, treninqlər və digər tədbirlər həyata keçirməkdədir. Bununla yanaşı, Agentlik tərəfindən media subyektlərinin rəhbərləri üçün menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı ilə bağlı müxtəlif bölgələri təmsil edən media subyektlərinin nümayəndələri ilə videokonfrans formatında görüş təşkil edilmişdir.

Hər bir sahədə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları, məlumatların dəqiqliyi və qərəzsiz obyektiv yanaşmanın təmin edilməsi, əxlaq normalarının gözlənməsi və s. məsələlər peşəkar medianın inkişaf etdirilməsi kontekstində daim diqqətimizdə saxlanılır və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.

Bildiyiniz kimi, medianın funksiyalarından biri dövlət qurumlarının timsalında dövlətlə cəmiyyət arasında sağlam kommunikasiyanın qurulması, onun fəaliyyəti haqqında informasiyanın ictimaiyyətə doğru çatdırılmasıdır. Bu məqamı vaxtilə hələ ümummilli lider Ulu Öndər Heydər Əliyev çox incəliklə duymuş və “mətbuat – dövləti və cəmiyyəti birləşdirən canlı sinirdir” şəklində son dərəcə dəqiq ifadə etmişdir. Biz bu izahı daim diqqətdə saxlayır, mətbuatın fəlsəfəsinin doğru qavranılması üçün onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bu məsələdə dövlət qurumlarının mətbuat katibləri və ictimaiyyətlə əlaqələr üzrə digər məsul əməkdaşlarının peşəkarlıq səviyyəsi mühüm rol oynayır. Agentlik tərəfindən ADA Universiteti ilə birgə həmin əməkdaşlar üçün xüsusi təlimlər təşkil edilmiş, bu təlimlərə dövlətin həm mülki qurmlarının, həm də hüquq mühafizə və digər qeyri-mülki orqanlarının müvafiq nümayəndələri cəlb edilmişdir.

Ötən dövr ərzində Agentlik tərəfindən Baş Prokurorluq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət qurumları ilə müxtəlif layihələr də həyata keçirilmişdir.

Agentlik tərəfindən təşkil edilən və müxtəlif kateqoriyalara istiqamətlənmiş bütün bu tədbirlərin əsas məqsədlərindən biri informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu sahədə peşəkarlıq səviyyəsini yüksəltmək, jurnalistika peşəsinin cəmiyyətdə nüfuzunu qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla məsuliyyətsiz və qeyri-peşəkar təzahürlərdən azad etməkdən ibarətdir.

Onu da qeyd edək ki, Agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanmaqdadır. Media reyestrının tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlil və araşdırmalar aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Məsələn bir müddət öncə media subyektləri üçün iqtisadi dəstək mexanizmləri ilə bağlı xüsusi yazılı sorğu keçirilmiş, 100-dən çox media subyektindən təkliflər toplanaraq təhlil edilmiş və həmin təkliflərin İqtisadiyyat Nazirliyi ilə ilkin müzakirəsi aparılmışdır. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Bəzi hallarda, ictimai əhəmiyyət daşıyan, lakin kommersiya nöqteyi-nəzərindən özünü maliyyələşdirə bilməyən ictimai-siyasi, xəbər, idman və uşaq telekanallarına mütəmadi dövlət dəstəyinin göstərilməsi dünyada geniş qəbul olunan bir praktikadır.

Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Agentliyin fəaliyyəti dövründə keçirilən müsabiqələrdə ənənəvi çap mediası ilə yanaşı, onlayn media subyektlərinin (xəbər veb-saytlarının) iştirakı üçün də şərait yaradılmışdır. Müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı digər fərqləndirici məqam ondan ibarətdir ki, ötən ilin iyun ayından başlayaraq fərdi jurnalist müsabiqələrində jurnalistlər çap materialları – məqalələrlə yanaşı, artıq audiovizual media materialları – televiziya süjetləri ilə də iştirak edə bilirlər.

Fəaliyyət dövrü ərzində Agentlik müxtəlif layihələrin həyata keçirilməsinə müvəffəq olmuş, bu layihələr çərçivəsində ADA Universiteti, “Al Jazeera”, “Haber Global”, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “Anadolu Ajansı”, “Lazarus Training” kimi nüfuzlu qurumlarla etibarlı əməkdaşlıq əlaqələri qura bilmişdir. Tərəfdaşlarla həyata keçirdiyimiz ən yaddaqalan layihələrdən biri kimi Azərbaycanın hərbi reportyorları üçün Türkiyənin Ankara şəhərində təşkil olunan xüsusi təlimlər nümunə göstərilə bilər.

Bu müddət ərzində təşkil edilmiş tədbirlər “Mediada islahatlara doğru”, “Böhran vəziyyətlərində jurnalistika”, “Jurnalistlərin münaqişə zonasında davranışları”, ”Qabaqcıl televiziya proqramlaşdırılması”, “Təhlükəli bölgələrdə fəaliyyət”, “Mina partlayışlarında xilas olma və ilkin tibbi yardım”, “Məişət zorakılığı media müstəvisində” (Tvinninq layihəsi), “Media etikası” və s. kimi spesifik mövzuları əhatə etmişdir.

Eyni zamanda, vurğulamaq istərdik ki, Agentliyin bütün layihələri həyata keçirilməzdən öncə xaricdə təhsil almış yüksəkixtisaslı mütəxəssislərimiz, müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmış peşəkar və təcrübəli əməkdaşlarımız tərəfindən dərindən təhlil edilir, beynəlxalq təcrübəyə əsaslanaraq optimal həllər verilməklə hazırlanır.

Agentlik ölkədə baş verən hadisələri, sosial sifarişi diqqətində saxlamaqla hər zaman cəmiyyətin tələblərinə adekvat cavab verməyə çalışır. Qəhrəmanlarımıza xüsusi sevgi və hörmət əlaməti olaraq, Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümü ərəfəsində “44 günlük tarix yazan media qəhrəmanları” adlı layihə çərçivəsində silsilə videoçarxlar hazırlanmışdır. Agentlik, eyni zamanda, bu münasibətlə “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Media Təhlil Mərkəzi (MTM) ilə birgə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə təşkil etmişdir.

Bildirmək istərdik ki, Agentlik gəncləri də unutmur, media sahəsində gənc kadrların yetişdirilməsi və istedadlı gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlığımız davam etdirilir. Əlavə olaraq, Agentlik media sahəsinə maraq göstərən istedadlı və təşəbbüskar gəncləri cəlb edərək “Media könüllüləri” layihəsi hazırlamış və həmin layihə çərçivəsində 2 aylıq xüsusi “MEDİA könüllüləri üçün peşəkar inkişaf təlimləri” proqramını təşkil etmişdir.

Medianın İnkişafı Agentliyi media sahəsində beynəlxalq əməkdaşlıq layihələrində yaxından iştirak edir, ikitərəfli və çoxtərəfli formatda münasibətlərin qurulması və gücləndirilməsinə xüsusi diqqət ayırır. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələrini göstərmək olar.

Yarandığı qısa müddət ərzində Agentlik Bakıda keçirilən o zaman hələ TDƏŞ adlanan təşkilata üzv dövlətlərin informasiya və media üzrə məsul nazirlərinin 3-cü toplantısı, Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu, Rusiyanın Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumu və İstanbul Media Forumu kimi müxtəlif nüfuzlu beynəlxalq tədbirlərdə təmsil edilmişdir. Bununla yanaşı ötən ilin ən diqqətəlayiq beynəlxalq tədbirlərindən biri sentyabr ayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media nümayəndələri üçün Azərbaycana, o cümlədən onun işğaldan azad edilmiş ərazilərinə təşkil edilmiş mediatur olmuşdur. Həmin mediaturda iştirak edən çoxsaylı beynəlxalq media nümayəndələri sonradan öz dövlətlərinin media resurslarında səfər təəssüratlarını bölüşərək geniş materiallarla çıxış etmiş, burada tanış olduqları Azərbaycan həqiqətləri ilə bağlı öz ölkələrinin və daha geniş auditoriyanı tanış etmişdilər.

Beynəlxalq münasibətlərimizin əhatə dairəsinin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində yaxın zamanda genişləndirilməsi istiqamətində hazırda konkret əməli işlər davam etdirilir.

Yuxarıda qeyd etdiyimiz kimi media prosesi əslində kifayət qədər geniş bir anlayışdır və bu prosesdə bir sıra müxtəlif iştirakçılar təmsil olunur. İstehsal olunduqdan sonra, media məhsulunun istehlakı mərhələsində onun məzmunu ilə yanaşı, istehlakçısının savadı, ictimai mənşəyi, peşəsi, mədəni səviyyəsi, dünyagörüşü, intellektual bacarığı, tənqidi yanaşması, müstəqil düşünmə qabiliyyəti və digər keyfiyyətləri əhəmiyyətli rol oynamağa başlayır. Bunu nəzərə alaraq Agentlik tərəfindən media məhsulları və informasiyanın istehlakçısı olan auditoriyanın media savadlılığının yüksəldilməsi istiqamətində müəyyən tədbirlər nəzərdə tutulmuşdur. Məsələn, bu istiqamətdə Baş Prokurorluqla birgə “Media və hüquqi maarifləndirmə” vəsaiti hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.

Yaxın gələcəkdə media subyektlərinin iqtisadi müstəqilliyi, jurnalist və qeyri-jurnalist olan media nümayəndələrinin peşəkarlığının artırılması, region mediasının inkişafı, mediada reklam məsələləri, rəqəmsal media və gənclərlə bağlı müxtəlif layihələrin, sahəvi jurnalistikanın müxtəlif istiqamətləri üzrə xüsusi tədbirlərin işlənib hazırlanması nəzərdə tutulur.

Agentlik şəffaflıq prinsipini daim rəhbər tutaraq fəaliyyətini media nümayəndələri üçün maksimum açıq şəkildə təşkil etməyə çalışır. Ötən dövr ərzində qurum nümayəndələrinin 250/300 açıqlama müsahibəsi yayımlanmış, 100-dən çox özəl reportaj, 500-ə yaxın post, 200-ə yaxın pres-reliz, məlumat bülleteni və bəyanat hazırlanmışdır. Bugünə qədər Agentliyin təlim, seminar və digər layihələrinə 60-dan çox təlimçi, 350-dən çox media nümayəndəsi cəlb edilmişdir.

Biz fəaliyyətimizi cəmiyyətlə bölüşməkdən, onların mediaya olan marağına uyğun yeni layihələr təqdim etməkdən böyük məmnunluq duyuruq. Fürsətdən istifadə edərək oxucuları xüsusi proqram vasitəsilə hazırladığımız xüsusi layihələrlə tanış olmağa – milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirə muzeyini və “Milli Mətbuat Tariximizin İnciləri” sərgisini rəsmi saytımızda virtual şəkildə ziyarət etməyə dəvət edirik.

Sonda qeyd etmək istərdik ki, Agentlik mediaya, media subyektlərinə, jurnalistlərə, media ekspertlərinə, media sahəsinə maraq göstərən gənclərə və ümumilikdə cəmiyyətə hər zaman açıqdır. Biz səmərəli əməkdaşlıq təkliflərinizi və mediamızın inkişafına töhfə verə biləcək konstruktiv ideyalarınızı məmnuniyyətlə dəyərləndirməyə hazırıq.

İnanırıq ki, həyata keçirilən islahatlar tezliklə öz müsbət nəticələrini göstərəcək və mediamız müasir dövrün tələblərinə uyğun olaraq açıq rəqabətli qlobal informasiya mühitində öz layiqli yerini tutacaqdır".
Kasıbları təhqir edən sürücü Zakir Qaralovun yaxın adamı olubXəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir etməsi ilə bağlı videodan sonra həmin şəxsin 1985-ci il təvəllüdlü Samid Bağırov olduğu müəyyən edilib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, həmin sürücü, 37 yaşlı S. Bağırov uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub. O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.

Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.

Xatırladaq ki, S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib
Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edibAyətullah Məkarim Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib.

SalamNews-un xəbərinə görə, məktubda deyilir:

"Allahın adı ilə

Salam və təhiyyətlə

Bu yaxınlarda öyrəndik, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s.ə) adına olan məscid açılıb və orada camaat namazı qılınıb.

Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik."