İran sərhədçiləri ilə silahlılar arasında atışma - Ölü və yaralılar varİranın Sistan və Bəluçistan vilayətlərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sərhədçiləri əməliyyat keçirib.

İran KİV xəbər verir ki, əməliyyatda 5 silahlı dəstə üzvünü öldürülüb, 5 nəfər isə yaralanıb.

Silahlıların gizləndiyi yer və qərargah darmadağın edilib.

Atışma zamanı İranın 3 sərhədçisi yaralanıb.
Salzburqda bayram tədbirləri keçirilib - FotolarAvstriya respublikasının Salzburg şəhərində yerləşən Azərbaycan Evində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açıb. Fərid Əzizov Ali Baş Komandanın 44 günlük Zəfərlə nəticələnən tarixi qələbədən bəhs edib.Xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək vətənin bütövlüyünü bərpa etməsindən danışıb.Vətən Müharibəsində canlarını vətən uğrunda verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan həqiqətlərini Avstriya ictimaətinə çatdırılması və 2021 ci ildə diaspora quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qurub diaspora üzvü və qardaş Türkiyəli vətəndaş təşəkkürnamə ilə təltif olunub.

Təltif olunanlar arasında Avstriya Respublikasında fəaliyyət göstərən psixolog doktor Nərmin Xanalizadə,1 ci Qarabağ müharibəsinin iştirakçısı Qarabağ Qazisi Ramiz Məmmədov,qardaş Türkiyə Cümhuriyyətinin nümayəndəsi iş adamı Durmuş Aydəmirdə var.
Mükafatlandırılan şəxslər bu mükafatın onlar üçün çox böyük mənəvi stimul olduğunu söylədilər.Qarabağ Qazisi Ramiz Məmmədov vətənpərvərliyin təbliğinin xaricdə yaşayan Azərbaycanlılar üçün neçə önəmli olduğunu söylədi.Ali Baş Komandan İlham Əliyevin Zəfər yolundan olan siyasi






2022-ci ildə bu bölgələrdə müharibələr başlaya bilərABŞ-ın “Foreign Policy” jurnalı 2022-ci ildə silahlı münaqişələrin başlaya biləcəyi - planetin “barut çəlləkləri”nin siyahısını hazırlayıb.

Axar.az xəbər verir ki, siyahıda Afrika ölkəsi Efiopiyanın adı birinci çəkilib. Belə ki, bu ölkədə hökumət qüvvələri ilə Tiqray üsyançıları arasındakı toqquşmaların alovlana biləcəyi ehtimal edilir.

Məqalə müəllifləri belə hesab edirlər ki, Afrikadakı potensial müharibələr qitədəki müxtəlif radikal islamçı hərəkatlar tərəfindən də baş verə bilər.

Daha sonra Tayvan bölgəsində və ya Cənubi Çin dənizində ABŞ-Çin döyüş təyyarələri ilə təsadüfi insidentin bu böyük dövlətlər arasında gərginliyin artmasına və böyük müharibənin başlanmasına səbəb ola biləcəyi vurğulanıb. Qeyd olunub ki, 2001-ci ildə iki ölkənin təyyarələri toqquşanda vəziyyəti nizamlamaq üçün aylarla intensiv diplomatik təmas lazım olmuşdu.

Vaşinqton və Tehran arasında da nüvə danışıqlarının uğursuzluğu ABŞ üçün acı həb ola bilər. Belə ki, İran uranı zənginləşdirməyə davam edəcək və güclü kütləvi qırğın silahları yaradacaq, bundan sonra ABŞ və İsrail Tehranın nüvə potensialını zəiflətmək üçün ölkə ərazisinə hava zərbələri endirməli olacaqlar.

Bundan başqa, məqalə müəllifləri NATO-nun Şərqi Avropaya genişlənməsi və hərbi inkişafı ilə əlaqədar Ukraynanı da siyahıya əlavə ediblər.
Paşinyanın şəxsi mühafizəçisi öldüErmənistan Baş naziri Nikol Paşinyanın şəxsi mühafizəçisi olmuş şəxs ölüb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Qriqori Ayrapetov 55 yaşında ölüb.

Xatırladaq ki, Q.Ayrapetov 2018-ci ildə Ermənistan Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunub, 2019-cu ildə isə işdən çıxarılıb.
"Taliban"dan yeni qadağaTaliban hökumətinin Əmr-i bi'l ma'rûf ve nəhy-i anil münkər Nazirliyinin (Yaxşılığı Əmretmə və Pislikdən uzaqlaşdırma Nazirliyi) yeni qadağa ilə gündəmə gəlib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin gətirdiyi yeni göstərişlər çərçivəsində Əfqanıstanda bütün mağaza vitrinlərində cansız qadın maneken başlarının nümayişi qadağan edilib.

Yeni qərarla mağazaların vitrinlərindəki cansız qadın modellərin başları ya örtüləcək, ya da manekenlərin başı çıxarılacaq.
Bakı sakini çay evində bıçaqlanaraq öldürülübBakı şəhər sakini Fikrət Hüseynov çay evində bıçaqlanaraq öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hadisə dekabrın 31-də saat 22 radələrində Mircəlal küçəsində yerləşən çay evlərinin birində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.
Bu il pandemiyanın başa çatacağına əminik - ÜSTBu il pandemiyanın üçüncü ilində onun başa çatacağına əminəm.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

"Bəzi ölkələrin vaksin milliyyətçiliyi bərabərsizlik yaratdı və Omikron ştammının yaranmasına şərait yaratdı. Bərabərsizlik davam etdikcə virusun qarşısıalınmaz formada yayılma riski daha da artacaq. Əgər bərabərliyi təmin etsək, pandemiyanı da geridə buraxmış olacağıq", - Qebreyesus qeyd edib.
Hacıqabulda ağır qəza: 20 avtomobil toqquşdu, ölən varHacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.

Hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.

İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
2021-ci ildə cəmi 402 milyard dollar qazanan 10 nəfər...Başa çatan 2021-ci il ərzində dünyanın ən zəngin 10 adamı cəmi 402,17 milyard dollar qazanıb. Bu barədə “Bloomberg” agentliyinin milyarderlər indeksində bildirilir. Belə ki, “Bloomberg Billionaires Index” dekabrın 29-da olan rəqəmlər əsasında “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın hesablarında 277 milyard dollar olduğunu müəyyən edib. Ötən ilin əvvəlindən bəri “Tesla”nın sahibinin sərvəti 121 milyard dollar artıb, onun şirkətinin səhmləri isə 60 faiz bahalaşıb.

“Amazon” şirkətinin baş direktoru postunu tərk etmiş Ceff Bezos isə ötən il sərvətini cəmi 5 milyard dollar artıra bilib və 195 milyard dollara çatdırıb. LVMH şirkətinin rəhbəri Bernar Arno isə ötən il 61 milyard dollar qazanıb, onun aktivləri hazırda 176 milyard dollardır.

“Microsoft” şirkətinin qurucusu Bill Geyts isə ötən il 7 milyard dollar qazanıb və sərvətini 139 milyard dollara çatdırıb. “Google” şirkətinin həmtəsisçisi Larri Peycin sərvəti 7 milyard dollar artıb və onun aktivləri 130 milyard dollara çatıb.

“Facebook”un qurucusu Mark Zukebergin sərvəti ilin əvvəlindən 24 milyard dollar artaraq 128 milyard dollara çatıb. Daha əvvəl “Microsoft”a başçılıq etmiş Stiv Ballmer isə ötən il 41 milyard dollar qazanıb və hazırda 122 milyard dolları var.

“Oracle” şirkətindən Larri Ellison ötən il 29 milyard dollar qazanıb və sərvətini 109 milyard dollara çatdırıb. Uorren Baffet isə başa çatan il ərzində 21 milyard dollar qazana bilib, indi onun 109 milyard dolları var.

virtualaz.org


Fransa kəskin şəkildə pislədi - İrandan cavabBMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla nüvə sazişini təsdiq edən 2231 saylı qətnaməsi Tehranın kosmik tədqiqatlarla məşğul olmasını, fəzaya peyk buraxmasını qadağan etmir.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Qərb ölkələrinin açıqlamalarına baxmayaraq, heç bir qətnamə İrana kosmik araşdırmalar aparmağı, bu yöndə sınaq proqramlarını, o cümlədən peyk və raket daşıyıcılarını qadağan etmir”, - deyə Xətibzadə bildirib.

Qeyd edək ki, İran "Simurq” peyk daşıyıcısı vasitəsilə 3 tədqiqat peykini uğurla kosmosa çıxarıb. İranın bu addımı Avropa ölkələrinin qınağına səbəb olub. Xüsusilə Fransa nüvə danışıqlarının getdiyi bir vaxtda Tehranın belə bir qərar verməsini kəskin pisləyib.