Rusiya Türkiyədən PUA-lar ala bilərRusiya Türkiyədən PUA-lar ala bilər.

Bunu “National İnterest”in yazarı Piter Suçiu “Türk PUA-larının sonuncu müştərisi: Rusiya” adlı məqaləsində iddia edib.

“Türk PUA-larının çox sayda Rusiya hava müdafiə sistemlərinin məhv edilməsində istifadə olunduğu bildirilmişdi. Moskva bu iddialara etiraz etdi. Ancaq bu, Rusiyanın türk PUA-larına marağına əngəl ola bilmədi. Rusiyanın silah idxalını artırmasına baxmayaraq, Moskvanın Türkiyənin hərbi texnikalarının, xüsusən də PUA-ların alıcısına çevriləcəyi barədə xəbərlər də yayılır”, - məqalədə bildirilib.
Xaçmazda 26 yaşlı qadın faciəvi şəkildə öldüXaçmazda 26 yaşlı qadın dəm qazından boğulub.

Hadisə Xaçmaz şəhərinin Şəmsəddin Sultanov küçəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Gülnaz Əmirşah qızı Sultanova yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. G.Sultanovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)
Rusiyada 26 dərəcə şaxta var - Dərslər dayandırıldıRusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

Bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.
Həbsdə olan sabiq icra başçısından XƏBƏR VARCəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Avrasiya.net xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci il yanvarın 6-na təyin edilib.

Cinayət işi hakim Xamməd Nuriyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İranda zəncirvari qəza: 10 nəfər öldüBu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.

Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 6 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanıldıMingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.

Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb. İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, eləcə də Mingəçevir ŞPŞ-nin (024)275-26-04 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.