"Azəriqaz" rəhbəri qiymətlərin bahalaşma səbəblərini açıqladıAzərbaycanda təbii qazın qiyməti noyabrın 1-nə qədər köhnə qiymətlərlə hesablanacaq.

Avrasiya.net xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq: "Noyabrın 1-dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək. Noyabrın 1-dən isə 1200 kubmetrə görə əhali 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək.

Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpikdən 25 qəpiyə qaldırılacaq".

Ruslan Əliyev təbii qazın bahalaşması səbəblərini də açıqlayıb. O bildirib ki, buna səbəb beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır:

"Bunun səbəbləri isə beynəlxalq bazarda qiymət artımı ilə bağlıdır. Əgər biz bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, artıq indi bu qiymət 118 manatdır.

Həmçinin, beynəlxalq bazarda qaz qurğularının, avadanlıqların qiymətləri bahalaşıb. On görə də bu bahalaşma qazın satış qiymətinə də təsirsiz ötüşməyib".
"Vətəndaşların mənafeyi ilə bağlı bütün addımlar vaxtında atılır"Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edən vacib addımdır.

Bunu “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

“Dövlət başçısı tərəfindən həssas sosial qrupların sosial rifahın qorunması ilə bağlı ardıcıl qanunvericilik təşəbbüsləri irəli sürülür. Həmin qanunvericilik aktlarına uyğun olaraq müvafiq qurumlar sosial siyasətin həyata keçirilməsi üçün müvafiq addımlar atırlar,” – deyə C.Hüseynzadə bildirib. Bu gün imzalanan Sərəncamı çox əhəmiyyətli adlandıran ekspert deyib: “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni Sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu rəqəm olduqca əhatəli bir rəqəmdir və ölkə əhalisinin 20 faizini nəzərdə tutur. Əhatə etməklə yanaşı bu sərəncam ünvanlıdır və əhalinin həssas sosial qrupuna hədəflənib”.

Ölkə başçısının fəaliyyəti dövründə sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı davamlı olaraq həyata keçirildiyini xatırladan C.Hüseyzadə rəqəmlərə müraciət edib: “2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyiş hesab olunur.

Dövlət tərəfindən dövrün və zamanın tələbləri nəzərə alınmaqla sosial təminat sahəsində ədalətli münasibətlərin formalaşması əsas prioritetlərdən biridir. Bu məqsədlə ümumilikdə son üç ildə ölkəmizdə 900-dən çox normativ-hüquqi akt qəbil edilib. Qanunvericilik bazasında bu dəyişikliklər əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub. Nəticədə sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Eyni zamanda nəzərə almaq lazımdır ki, maliyyə tutumlu sosial islahatların növbəti mərhələsi məhz postmüharibə dövrünə təsadüf edir. Ötən 1 il ərzində paralel olaraq şəhid ailələrinin, qazilərimizin sosial problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, onların müalicəsi və reabilitasiyası üçün ən müasir vasitələrdən istifadə olunub və proses uğurla davam etməkdədir. Bu həm də onu göstərir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə güclü bir dövlətə çevrilib, dövlətin və ölkə vətəndaşlarının mənafeyi ilə bağlı bütün addımları vaxtında atır”.
Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılırPrezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

"Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.

2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.

Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİTarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına dəyişiklik olunub.

Avrasiya.net Tarif Şurasına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir.

Belə ki, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.

Tarif Şurası hesab edir ki, yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.

Şura yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsirini 2,05 manat həddində proqnozlaşdırır.

Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

"İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq",- deyə Tarif Şurası bildirib.


Bu qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minir...
Prezident mədəniyyət xadimlərini təltif etdi - 2 sərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilibər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ələsgərov Arif Məmməd Hüseyn oğlu

İsgəndərov Zeynalabdin Əli oğlu

Qurbanov Eldar Hacı Baba oğlu

Məmmədov Tahir Hidayət oğlu

Rzayev Asif Hüseyn oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Emil İnqlab oğlu

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Samir İmran oğlu

Babayeva İnarə Əhməd qızı

Bağırzadə Bəhram Arif oğlu

Dadaşov Faiq Nadir oğlu

Əliyev Ələkbər Hüseynbala oğlu

Əliyev Kənan Sabir oğlu

Əlizamanlı Şəmistan Hüseyn oğlu

Fətəliyev Zakir Məhərrəm oğlu

Hacıyev Faiq Əjdər oğlu

Heydərova Ülviyyə Sədaqət qızı

Həsənzadə Nigar Ağa qızı

Hüseynov Rəsul İsmayıl oğlu

Hüseynova Nuriyyə İsmayıl qızı

Xəlilov Bəhram Fərhad oğlu

İbrahimova Nigar Rəfael qızı

İmaməliyev Nəriman Məcid oğlu

İmanov Cabir Qorxmaz oğlu

İmanov Tahir Qorxmaz oğlu

İsayev Pünhan Baba oğlu

Kərimov İmran Mustafa oğlu

Korovin Vadim Arnoldoviç

Qasımova Fərqanə Alim qızı

Mansurov Ənvər Arif oğlu

Məhərrəmova Aytən Əhliman qızı

Məmmədov Nəriman Qəhrəman oğlu

Məmmədzadə Azər Arif oğlu

Mirsəlimov Mehti Ramiz oğlu

Rəhmanov Nazim Şamil oğlu

Rzayev İbrahim Şarza oğlu

Rzazadə Xəyal Məhəmməd oğlu

Tağıyev Qəhrəman Fərman oğlu

Topçiyev Emil Namik oğlu

Vaynşteyn Timur Leonidoviç.

***

Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adlar verilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycanın fəxri adları verilib:

“Xalq rəssamı”

Alimirzəyev Əlyar Alimirzə oğlu

Haqverdiyev Hüseyn Həsən oğlu

Rəcəbov Aydın Məmmədağa oğlu

“Əməkdar artist”

Abasquliyev Rza Həsənağa oğlu

Axundov Mahir Mikayıl oğlu

Barateliya Naala Raulyevna

Cəlilov Xəqani Nadir oğlu

Əliyev Fərid Aydın oğlu

Hacıyev Fuad Əhəd oğlu

Hüseynəliyev Elton Əşrəf oğlu

Hüseynova İlahə Həsən qızı

Xəlilova Səadət Namizəd qızı

Məmmədov Xəyyam Əhrar oğlu

Mikayılov Anar Şamil oğlu

Mirzə Kazım Həsən oğlu

Mirzəyeva Vəfa Rafiq qızı

Motorina Yuliya Alekseyevna

Mürsəlov Neymət Məzahir oğlu

Nisanov Xəyyam Aleksandroviç

Osmanov Elizbar Əbülfəz oğlu

Rza-Zadə Azər Zaur oğlu

Salmanov Nicat Fərhad oğlu

Seyidova Ceyla Uran qızı

Səfərəliyeva Məlahət Nəcəf qızı

“Əməkdar rəssam”

Babayev Fikrət Həsən oğlu

Cabarov Rəşad Emin oğlu

Əhməd Faiq Nazim oğlu

Ələkbərov Rəşad Böyükağa oğlu

Əliyev Vüqar Əli oğlu

Hacızadə Rövşən Kamal oğlu

Həsənov Şamil Məmməd oğlu

Hüseynov Pərviz İldrım oğlu

Mehtiyev Zakir Tahir oğlu

Məmmədov İsa Məmməd oğlu

Rüstəmov Aslan Mahmud oğlu

Şixəliyev Adil Həmdulla oğlu

“Əməkdar mədəniyyət işçisi”

Allahverdiyev İbad Məhəmməd oğlu

Eldarova Lalə Ömərovna

Əhmədzadə Natiq Nazim oğlu

Hacı-Mustafazadə Hüseyn Tofiq oğlu

Kazımov Bəhmən İsa oğlu

Qardaşbəyova Nazilə Adəm qızı

Paşayev İlqar Əli Abas oğlu.
Ukrayna Azərbaycanlıları Radasında Azərbaycan məktəbi fəaliyyətə başlayıbUAR baş katibi Ceyhun Məmmədov ilk dəsrə gələn şagirdləri və valideyinləri Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun adından salamlayıb.

Ana dilimiz haqqında şagirdlərə bilgi verən baş katib bildirib ki, Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan və 270 milyon insanın istifadə elədiyi türk dili ailəsinə məxsusdur. Baş katib qeyd edib ki dünyada 7 türk dövlətində türkcə ana dili və rəsmi dil statusundadır. «Ana dili hər bir xalqın varlığı və mənəvi sərvətidir. Biz ANA sözünü 3 yerdə işlədirik; bizi dünyana gətirən ana, canımızdan daha çox sevdiyimiz ana vətən və milli kimliyimizin əsası olan ana dilimiz. Anamızı qoruduğumuz kimi, ana vətənimizi qoruduğumuz kimi, ana dilimizi də qorumalıyıq, can yandırmalıyıq” deyən Məmmədov bu müqəddəs işi öhdəsinə götürən müəllim, tarixçi-yazar Məhəmməd İsrafiloğluna və şagirdlərə uğurlar arzulayıb.

Sonra dərslərin və tədrisin aparıcı müəllimi Ukraynada yaşayan tarixçi-yazar Məhəmməd İsrafiloğlunun valideynlərlə görüşü və şagirdlərlə ilk tanışlıq dərsi keçirilib. Məhəmməd İsrafiloğlu bu görüş zamanı Azərbaycanımızı, onun uca və qədim tarixini, mədəniyyətini qorumağın və təbliğ etməyin yeganə yolunun marrifçilik və düzgün təhsil metodikasının tətbiqi ilə mümkün olacağını vurğulayıb. Tarixçi-yazar bildirib ki, bu məsələdə istər valideynlərə, istərsə də Ukraynada yaşayan və təhsil alan azərbaycanlı şagirdlərin üzərinə böyük bir görəv düşür. Doğma Vətəni dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etməyin yolu onun uca dəyərlərini elmə, maarifçiliyə daşımaqla mümkündür.

“Bu gün Kievdə təməlini qoyduğumuz Azərbaycan məktəbinin hədəfi milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin modern və eyni zamanda milli ruhda formalaşmasına ən yüksək səviyyədə nail olmaqdır. Üzü Həsən Bəy Zərdabidən, Üzeyir Hacıbəylidən, Sultan Məcid Qənizadədən, Firudin Bəy Köçərlidən, Məhəmməd Tağı Sidqidən gələn altun həlqəni yaşatmağın yolu millətə işıq tutmaqla mümkündür.” deyən Məhəmməd İsrafiloğlu bu müqəddəs yolu birgə və ən doğru biçimdə addımlayaclarına, ölkəmizə, dövlətçliyimizə xidmət etmək adına başarılı olunacağına inandığını bildirib.

Daha sonra uşaqlar "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən vandalizm əməllərinin əks olunduğu "Qarabağda Urbisid" adlı fotosərgi ilə tanış olublar.

Dərslər hər həftənin şənbə günləri Kiev vaxtı ilə 11:00’da başlayacaq.
Qarabağ məsələsi İrəvan üçün bitdi - AbramyanQarabağ məsələsi indiki hökumət üçün bağlıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Şərəf Duyuram Fraksiyasından olan deputatı Tiqran Abramyan deyib.

“Hökumətin fərqli nümayəndələri açıq mətnlə deyirlər ki, onlar Qarabağın təhlükəsizliyi məsələləri ilə məşğul olmurlar, bu mövzu Rusiyanın səlahiyyətindədir. Bu nə səhv, nə də yanlış sözdür. Onlar aydın şəkildə deyirlər ki, Qarabağ mövzusu onlar üçün bağlıdır”, – deyə o bildirib.
Bakıda 1-ci sinif şagirdi koronavirusdan öldüBakıda 1-ci sinifdə oxuyan 6 yaşlı uşaq koronavirusdan ölüb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Həmin məktəbin direktor əvəzedicisi bildirib ki, şagird sentyabrın 22-dən 29-dək dərslərdə iştirak edib:

"Daha sonra uşağın anası məktəblə əlaqə saxlayaraq övladının COVID-19 virusuna yoluxduğunu və müalicə edildiyini bildirib. Lakin məktəbə xəstəliklə bağlı hələ də sənəd və ya digər rəsmi məlumat təqdim edilməyib. Azyaşlının nənəsi isə nəvəsində digər yan xəstəliyin olduğunu və bu səbəbdən də səhhətinin ağırlaşaraq vəfat etdiyini bildirib. O da məlum olub ki, azyaşlının ailə üzvlərinin hamısı sentyabrın sonlarında koronavirusa yoluxub".
Əvvəl dağıntıları göstərirdik, indi quruculuq işlərini - HacıyevBu dəfə Qarabağa səfər edən diplomatik korpus nümayəndələri Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda görülən quruculuq işləri ilə yerində əyani tanış olurlar.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Əvvəllər Qarabağa səfər edən qonaqlara Ermənistan tərəfindən törədilmiş dağıntılar göstərilirdisə, indi bu, dəyişir, məqsədimiz ərazilərimizdə görülən quruculuq işlərini göstərməkdir”, - o deyib.

PA rəsmisi vurğulayıb ki, postmünaqişə dövründən quruculuq işləri görən Azərbaycan bu mənada nümunəyə çevrilib:

“Azərbaycan yenidənqurma işlərini beynəlxalq təşkilatlar və donorlar hesabına yox, öz vəsaiti ilə aparan yeganə ölkədir”.

H.Hacıyevin sözlərinə görə, diplomatlar əyani şəkildə görürlər ki, işğal altında olmuş başqa ərazilər kimi, Talış kəndi də bütövlükdə viran qoyulsa da, onun bərpa olunması, məcburi köçkünlərin geri qaytması üçün ardıcıl işlər görülür.
Ermənistanın hərbi cinayətləri Hindistan mediasındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin ötən ilin bu günlərində ermənilərin Gəncə, Bərdə və Tərtərin mülki əhalisini raket atəşinə tutub bombalaması hadisəsi ilə bağlı yazısı bu dəfə Hindistanın nüfuzlu Muslimmirror.com saytında dərc olunub.

"Qarabağ müharibəsindən bir il sonra: Erməni hərbi cinayətləri hələ də cəzasız qalıb" başlıqlı yazıda müəllif qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törədib.

C. Şahverdiyev Hindistan ictimaiyyətinə Ermənistanın Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini bombalaması, onlarla mülki insanın öldürülməsi, yüzlərlə insanın yaralanması, dağıntıları xatırladıb.

Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərinin dünya ictimaiyyəti, super güclər, beynəlxalq təşkilatlar tərəfindən bu vaxtadək qınanılmaması, işğalçıya qarşı heç bir cəza tədbiri görülməməsi ədalətsizlikdir.

Yazının tam mətni aşağıdakı linkdə:
https://muslimmirror.com/eng/a-year-after-karabakh-war-armenian-war-crimes-are-still-unpunished/