Lələtəpə bizim üçün əsl cəhənnəm oldu - NazaryanAzərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı Lələtəpə əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.

Axar.az Caliber.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qeqam Nazaryan deyib.

“Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, - Nazaryan bildirib.

Qeyd edək ki, Lələtəpə əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın Baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sərkisyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.
İlham Əliyev ÜST-ün Baş direktoru ilə GÖRÜŞDÜAprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.

Avrasiya.net xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşklilatın digər rəhbər nümayəndələri iştirak ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışdı, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi tövhələri qeyd etdi. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirdi. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğuladı.

Dövlət başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırdı.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini dedi. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirdi.
Bu gün virusdan 26 nəfər vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Qələbənin əsas səbəblərindən biri də Aprel döyüşləri idi - Arzu NağıyevAprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir faktor oldu.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Aprel döyüşlərində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi: “Həm dağlıq, həm də düzən ərazidə ordumuz necə döyüş aparmaq lazım olduğunu göstərdi. Əsas məsələ o oldu ki, erməni ordusu haqqında yaradılan mif sındırıldı. Aprel döyüşündən sonra Ermənistan ordusunda istefalar başlandı, korrupsiya halları ilə bağlı yoxlamalar aparıldı, hətta hakimiyyət dəyişikliyi baş verdi.

Hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri məhz aprel döyüşlərində ermənilərin məğlubiyyəti idi. Lələtəpə yüksəkliyinin, min hektarlarla ərazinin azad edilməsi, ondan sonra həmin ərazilərdə dinc əhalinin yaşaması üçün infrastrukturun yaradılması bir daha göstərdi ki, biz ərazilərimizin işğal altında qalması ilə heç zaman barışmayacağıq”.

A.Nağıyev vurğulayıb ki, Aprel döyüşlərində əldə edilmiş təcrübədən irəli gələrək 2016-2020-ci illər ərzində Azərbaycan ordusunda yenidənqurma işləri, yeni silahlarla təchiz olunma, hərbi taktikanın təlimlər vasitəsilə yenidən təkmilləşdirilməsi, eyni zamanda hərbi kadr potensialının yetişdirilməsi prosesi getdi və müasir müharibə aparılması üçün yeni silahlardan necə istifadə olunması itiqamətində təlimlər həyata keçirildi:

“Məhz Aprel döyüşlərindən başlayan proseslər 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Eyni zamanda, bu döyüşlərdən sonra bir sıra döyüşlər oldu. Həm Naxçıvan istiqamətində Günnüt əməliyyatı, həm də Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malikdir və torpaqlarının bir qarışını da kiməsə verəsi deyil. Tovuz döyüşlərində də Azərbaycan Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan ordusunun döyüş qabiliyyətinin və Azərbaycan xalqının birliyinin ən yüksk səviyyədə olduğunu gördük”.
Kişilərdə xərçəngi göstərən 8 əlamətXərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər.

Avrasiya.net Medicina.az-a istinadən kişilərdə xərçəng olma ehtimalını göstərə bilən əlamətləri təqdim edir:

Testislərdə dəyişikliklər

Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma

Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi

Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası, bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlər.

Səbəbsiz ağrı və yorğunluq

Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları

Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.

Limfada şişkinlik

Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.

Çətin udmaq

Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.

Digər əlamətlər: Mədə yanması, hərarət, sinədə dəyişikliklər, səbəbsiz və ani çəki itkisi, öskürək, dəridə dəyişikliklər.
Komitə sədrinin Türk Enerji Birliyi Konqresindəki çıxışı - VideoMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünən Türk Enerji Birliyi Konqresində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı çıxış edib.

Komitə sədrinin “İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyət” mövzusundakı çıxışının tam versiyasını təqdim edirik:
İran tarixində 12 Fərvərdin (1 aprel)Q.Əli. Purmərcan
İİR-in Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin sədri


12 Fərvərdin nə günüdür?

On iki Fərvərdin İran İslam tarixində mühüm günlərdən biridir. Bu gün xalqın əksəriyyətinin qəti rəyi ilə 2500 illik səltənət rejimi İslam Respublikası ilə əvəz olmuşdur. 1979 cu ilin 1 aprel tarixində istiqlal, azadlıq, İslam Respublikası şüarları ilə ilə səltənət əleyhinə olan mübarizə nəticə verdi və İslam Respublikası qruluşu quruldu.

Bu gündə İran milləti 98.2 faiz səslə İranın siyasi və ictimai quruluşunu dəyişdi və İslam Respublikası quruldu. Buna görə də bu mübarək gün “İslam Respublikası” günü adlandırıldı.

Əsrlər boyu dinin siyasətdən ayrı olması nəzəriyyəsi və laik hökumətlərin dünyaya hakim olduğu bir zamanda İlahi qanunlar insanların həyatını dəyişdi. 1979 cu ilin 1 aprel tarixində iyirminci əsrdə olan nəzəriyyələri batil edən quruluş meydana gəldi və dini buyuruqlar əsasında islam hökuməti quruldu.

İslam Respublikası İlahi qanunlardan və nicat verici təlimlərdən ilhamlanaraq islam həyat tərzi nümunəsini bugünkü bəşəriyyətə göstərməyə çalışır. Respublika “xalqın xalqa” hakim olması kimi məna edilir və “Respublika” xalqın hökumətin təşkil edilməsində və davamında rolunu göstərir. Beləki, xalq müxtəlif səhnələrdə olmaqla və öz taleyini təyin etməklə öz istəklərini hökumətdən tələb edir.

“Respublika” sözünün mənası xalq içindən çıxan hökumət və ya demokratiya. Baxmayaraq ki, bir çox şərhçilər və siyasətçilər bu fikirdə olsalar da hökumət quruluşları onun xüsusi mənası barədə yekdil fikrə malik deyillər.

Şahlıq səltənətinin dağılmasından sonra ölkənin siyasi quruluşunun dəyişməsi zamanı “Demokratik Respublika”, “Respublika”, “İslam Hökuməti” və s.. ortaya çıxan məslələr idi ancaq rəhmətlik İmam elə ilk günlərdən İslam Respublikası hökumətinin olmasını təkid edirdi. Beləki İslam Respublikası nə bir kəlmə az və nə bir kəlmə çox olmasına təkid edirdilər.

Bu təkid xalqın şahlıq əleyhinə mübarizə apardığı günlərdən olan istəyi idi və bu şüarlar hər yerdə var idi. Xalq mitinqlərdə azadlıq, istiqlal və islam respublikası şüarı verirdi.

Respublika və islamiyyət İran quruluşunun əsas ayrılmaz hissələridir və bu yolda çoxları şəhid olmşlar.
“Azadlıq” inqilab zamanında İran xalqının şüarlarından və istəkləridnən biri idi və bu İslam Respublikasının qurulması ilə həyata keçdi. Xalqın müxtəlif təbəqələri bütün səhnələrdə olmaqla öz istəklərinə çatdılar və öz talelərinin həyata keçməsində şərik oldular.

Baxmayaraq ki azadlıq sözü də digər kəlmələr kimi bu gün məzlum olmşdur və istismar quruluşunda müsadirə olunur və azadlıq adı ilə bir çoxlarının haqqı tapdalanır ancaq bu kəlmənin islamda ali bir mənası vardır. Buna əsasən xalq özlərinin kamla çatmalarına görə qanuna əsasən seçmək və azad bəyan etmək hüququna malikdirlər və kimsə bu haqqı xalqdan ala bilməz. Bu məktəbdə azadlıq və seçmək hüququnu almaq zülm sayılır.

“İstiqlal”İran İslam Respublikasının digər formasıdır və onun olması ilə İran milləti şərqə və qərbə bağlılıqdan qurtardı və beynəlxalq arenada öz haqlarını qorumağa başladı.

İranda İslam Respublikasının qurulması və Pəhləvi şahlıq səltənətinin dağılmasından sonra daxili dəyişiklərdən əlavə beynəlxalq quruluşda da dəyişiklər meydana gəldi, xüsusilədə Orta Şərqdə dəyişikliklər baş verdi və bu istismarçıların hədəfləri ilə uyğun deyildi və bu da onların İran xalqı ilə düşmən olmalarını başlatdı.
Bu üzdən istiqlalın qorunmasının çətinlikləri oldu və düşmənlər məcburi müharibə,siyasi şəxslərin terror edilməsi, iqtisadi sanksiyalar və sülh məqsədli nümə əldə olunmasına mane olmaq kimi müxtəlif hiylələr planlamaqla əziz İran xalqınının sitiqlalını zədələmək istəyirlər.

Yoluxma artarsa, digər məktəblər də bağlanacaq - Nazirdən xəbərdarlıq"Bu gün yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edildi. Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80 %-dən çoxu bu bölgələrin payına düşür".

Avrasiya.net xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur: "Hörmətli təhsil ictimaiyyəti, məlum olduğu kimi, pedaqoji və texniki heyətin peyvənd olunması prosesi davam edir. Bir daha vurğulamalıyam ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətinin təmin edilməsində vaksinasiya mühüm faktordur. Hər birinizin bu məsələdə fəal iştirakını vacib hesab edirəm. Müəllimlərin və məktəblərdə işləyən digər şəxslərin qısa zaman ərzində peyvənd olunması ənənəvi təhsilə keçidi sürətləndirən mütləq məqamdır".


İlham Əliyev Putinlə razılığa GƏLDİAprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Bu şəhər və rayonlarda məktəblər BAĞLANDIMövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdi.