Bu gün virusdan 26 nəfər vəfat edib
Dərc olunub:
1-04-2021, 19:04
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.