General rüşvətə görə işdən çıxarılıb  - İDDİAVəkillər Kollegiyasının üzvü Adəm Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini açıqlayıb.

Bu barədə o, feysbuk hesabında yazıb:

“Belə ki, yaxından tanıdığım İsmayıl Kəngərli adlı vəkil general rütbəli Baş idarə rəisi Nürəddin Mustafayevlə apardığı danışıqları xüsusi vasitə ilə qeydə alıb. Vəkil ilə general arasında “Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamının tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələri olub. Həmin müzakirədə Baş idarə rəisi icra sənədinin icrası ilə əlaqədar 100 min manat pul almasına baxmayaraq, nə qətnaməni icra etmir, nə də pulu geri qaytarırmış. Bu danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürdərək şikayət ərizəsilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub.

Vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqini isə vəzifədən azad olunmasına nail olub.

Nürəddin Mustafayevin rütbəsi general olmasına baxmayaraq, nədənsə mətbuat onun rütbəsini baş ədliyyə müşaviri (polkovnik) kimi təqdim edir”.

Vəkil İsmayıl Kəngərli isə Adəm Məmmədovun ittihamlarına belə cavab verib:

"Azərbaycanın "məşhur" vəkili sayılan Adəm Məmmədov mənim adımdan həqiqətə uyğun olmayan məlumatları yayaraq mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə vurmaqla qərəzli məlumatlar yayır. Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm hazırki bu statusu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatının başlayasınız".

Daha sonra Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov sözügedən statusunu silib. (Qafqazinfo)
"Niyə bu gün Rusiyadan medal-orden alanlar susur?! Prezidentdən sonra ən çox onlar etiraz etməlidir!" "Avqust ayının 12-də cənab Prezident İlham Əliyev Rusiya prezident Vladimir Putinə zəng edərək 12- 16 avqust tarixində Ermənistan qoşunlarının Azərbaycanın Tovuz rayonunda hərbi müdaxilə etməsini və döyüşlərin başlamasını Azərbaycanın ərazi bütövlüyünə olunan qəsd kimi qeyd edib. Ermənistanın ordusunun apardığı döyüş nəticəsində hərbiçilərimizin, generalımızın və mülki şəxsin həlak olması barədə danışıb.

Həmin döyüşlərdə rayonun bır sıra evlərinin dağıldılması faktını və son günlər Ermənistana Kazaxstan, Türkmənistan və İran tərəfi ilə 400 tondan artıq hərbi yükün daşınması Putinin diqqətinə çatdırıb və öz etirazını bildirib. Azərbaycan dövlətinin Rusiya ilə ikirətəfli əməkşdalığının olduğunu xarirladan Prezident İlham Əliyev bununla da Rusiyanın birbaşa Azərbaycan dövlət maraqlarına ziddi addımlar atdığını bildirib.

Bütün bunların iki dövlət arasında münasibətlərinə uzlaşmadığını deyib." - bu açıqlamanı "Avrasiya.net" saytına BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Prezidentin bu addımı həm də bütün dünya ictimaiyyətinə onu göstərdi ki, Azərbaycan tam müstəqil dövlətdir və onun siyasi lideri öz dövlət maraqlarını qorumağa qadirdi:"

Təbii ki, Azərbaycan xalqı üçün cənab Prezident İlham Əliyevin bu cür çıxışı və etirazı təbii qarşılandı. Biz hər zaman onun şahidi olmuşuq ki, İlham Əliyev milli maraqlarımızın qorunması istiqamətində açıq və net şəkilində mövqeyini ortaya qoyub və onun müdafiəsi üçün hər addimi atmağa hazır olduğunu bəyan edib! Və atıb da! İlham Əliyev hər zaman istər Rusiyanın prezidentinə, istərsə də, Qərb dairlərinə bəyan edib ki, Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, Azərbaycan ərazisində ikinci dəfə ermənilər öz dövlətini qursunlar və ərazimiz heç zaman müzakirə pridmeti olmayacaq!"

Niyaməddin Orduxanlının fikirincə, Prezident bu cür kəskin mövqeyindən sonra, Rusiyanın Azərbaycanda "5-ci" kalonu ciddi narahat olmağa başlayıb və susurlar:" Bilirsiniz, bu gün Azərbaycanda həm Rusiyanın, həm də ABŞ-ın "5-ci" kalonunun olması faktdır. Kimsə, bunu inkar edə bilməz. Mənim üçün Rusiyanın 5-ci kalanoniya ilı, ABŞ-ın 5-ci kalonun heç bir fərqi yoxdur! Bunlar öz maddi maraqları üçün dövlətini və xalqını satmış şəxslərdir! Öz dövlətinin milli maraqalrını hansısa ölkəyə satan şəxsin bir adı var. Vətən xaini! Bu gün hər kəs özin bir mənəvi borcudur ki, öz dövlət maraqlarını məhz cənab Prezident İlham Əliyev kimi qorusun. Və hər kəs Rusiyanın Ermənistana göstərdiyi hərbi yardıma etirazını bildirməlidir.

Bilirsiniz ki, bu gün Azərbaycan əhalisinin 90% internet istifadəçisidir . Bu və ya digər formada sosial şəbəkədən istifadə edir. Milyonlarla şəxs facebook şəbəsənin istifadəçisdir və baş vermiş hadisəni daha çox sosial şəbəkə üzərindən izləyirik. Bununla bağlı mənim sosial şəbəkədə etiraz statusum olub. Yazmışam ki, bu gün Prezident İlham Əliyevdən sonra Rusiyanın Ermənistana silah satmasına ən çox Rusiyadan medal-orden alan vətəndaşlarımız, məmurlarımız, incəsənət xadimlərimiz etiraz etməlidir. Niyə susurlar?! Bax, indi sizin sayt vasitəsi ilə həmin şəxslərdən soruşuram: Prezident İlham Əliyev dövlət maraqlarımız üçün Putinə etirazını bildidib! Sizlər kimi gözləyirsiniz?! Niyə etiraz etmirsiniz?! Hanı milli təəssübkeşliyiniz?! və kimdən narahatsınız?!"
Tiflisdə ağır qəza: Azərbaycanlı ailənin 4 üzvü öldüGürcüstanın paytaxtı Tiflisin yaxınlığında Kvemo Poniçala (Aşağı Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında ağır yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra isə piyadaları vurub.

Hadisə nəticəsində 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Ölən və xəsarət alanlar Məmmədovlar ailəsinin üzvləridir. Onlar toydan qayıdarkən qəzaya düşüblər.

Qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - 200 min insan ölə bilərİnşaat mühəndisi Prof. Dr. Mehmet Fatih Altan "mümkün bir İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm, amma hazır deyilik" açıqlaması ilə Türkiyəni gözləyən yeni təhlükədən danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərmərə zəlzələsinin 21-ci ildönümü ərəfəsində açıqlama verən Fatih Altan 7,5 bal gücündə gözlənilən zəlzələdə 200 min insanın ölə biləcəyini bildirib.

O, zəlzələ riski ilə əlaqədar görüləcək tədbirləri sadalayıb və inşaat mühəndislərinin binalarda nələrə diqqət etmələrini izah edib.

Altan Şimali Anadolu fay xəttinin Türkiyə üçün önəmli olduğunu vurğulayıb: "Bu xətt üzərində şərqdən qərbə bəlli vaxtlartda zəlzələlər olub. Hazırda sürüşmə qərbə doğru davam edir. Böyük İstanbul zəlzələsindən 21 il keçdi. Amma hələ də hazırlıqlı deyilik. Artık İstanbul zəlzələsinin ayaq səslərini eşidirəm. Ciddi tədbirlər görsək, İstanbulu fəlakətdən xilas edə bilərik", o bildirib.

Onun sözlərinə görə, şəhərləri, yenidənqurma planlarını, inşa edilən mənzilləri, miqrasiyanı fəlakət risklərinə uyğun planlamalıyıq.

Kocaeli zəlzələsinə diqqət çəkən Altan bu ərazidə əhali sayının az olduğunu, İstanbul zəlzələsinin bundan 10 qat daha artıq insanın ölümünə yol aça biləcəyini vurğulayıb: "İstanbulda inşa edilən binaların 85 faizi zəlzələyə davamsızdır. Hər binanı söküb yenidən inşa edə bilmərik. Amma tikililəri gücləndirə bilərik. Bəzi binaları zəlzələdən belə xilas edə bilərik. Xalqın bununla bağlı maarifləndirilməsi çox önəmlidir. Vətəndaşlar zəlzələyə davamsız evlərini boşaltsınlar, evdəki əşyaları divarlara bağlasınlar. Binaların layihələndirilməsi və tikitisi zamanı yer seçimi, tikinti materiallarının seçimi, montaj və s. mərhələlərdə diqqətli olmaq lazımdır"
"Qarabağ" ən yaxşı 10 klub sırasında - SiyahıAvropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) klub reytinqinə əsasən Azərbaycanın “Qarabağ” futbol komandası post-sovet məkanının ən yaxşı 10 klubu siyahısındadır.

“Planet” xəbər daycesti xəbər verir ki, 15 avqust tarixində UEFA-nın rəsmi verb səhifəsində Avropa futbol klublarının növbəti reytinq cədvəli yenilənib. Bu cədvəldə Avropanın 200 ən yaxşı klubları yer alıb.

Reytinq cədvəlində əsasən aşağıdakı klublar ilk onluqda yer alıblar:

1.Real Madrid

2.Bayern Münhen

3.Barselona

4.Atletiko Madrid

5.Yuventus

6.Mançester Siti

7.Paris Sen Jermen

8.Mançester Yunayted

9.Liverpul

10.Sevilya

Maraqlıdır ki, post-sovet məkanının futbol klublarını müqayisə edərkən görürük ki, reytinq cədvəli futbol klublarının son 5 ildə əldə etdikləri kofisentlərə əsasən hazırlanmışdır.

Əgər keçmiş SSRİ məkanını müqayisəli şəkildə analiz etsək, görərik ki, bu region üzrə cədvəldə, UEFA üzvü olan post-Sovet mekanı ölkələrini 200 ən çox koofisent toplayan klublar arasında 25 ən yaxşı nəticələrə malik olanları aşağıdakılardır (Mötərizədə UEFA reytinqində tutduğu yer göstərilir):

1.Şaxtyor (Donetsk, Ukrayna) – (14)

2.Zenit (Sankt-Peterburq, Rusiya) (22)

3.CSKA (Moskva, Rusiya) (33)

4.Dinamo (Kiyev, Ukrayna)(24)

5.Krasnodar (Rusiya) (45)

6.Lokomotiv (Moskva, Rusiya) (51)

7.Astana (Qazaxstan) (56)

8.BATE (Minsk, Belarus) (63)

9.Qarabağ (Ağdam, Azərbaycan) (72)

10.Spartak (Moskva, Rusiya) (84)

11. Riga (Latviya) (101)

12.Saburtalo (Tbilisi, Gürcüstan)(103)

13.Ventspils (Latviya) (105)

14.Sherif (Tiraspol, Moldova) (112)

15.Zarya (Luqansk, Ukrayna) (115)

16.Rostov (Rusiya) (116)

17.Nömmü Kalju (Tallinn, Estoniya) –( 118)

18.Dinamo (Tbilisi,Gürcüstan) 131)

19.Arsenal (Tula, Rusiya) (132)

20.Flora (Tallinn,Estoniya) (139)

21.Qəbələ (Azərbaycan) – (148)

22.Oleksandriya (Ukrayna) (151)

23.Dinamo (Minsk, Belarus) (166)

24.Süduva (Litva) (169)

25.Alaşkert (Ermənistan) (179)
Rusiyada yaşayan Qarabağ qaziləri ictimaiyyətə çağırış etdilər - Video15 avqust 2020-ci il tarixində Moskva şəhərində Veteranlar klubunun üzvlərinin novbəti görūşū keçirilib.

Görüšü klubun Prezidenti, PATRIOT TV kanalının baş redaktoru Ceyhun Əliyev açıb.

O, bu gün Rusiyada ictimai təşkilatların lazimi səviyyədə işlərini qura bilməmələrinin və eyni zamanda Azərbaycan Respublikasının Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu məsələlərdə laqeyidsizlik nūmayiş etdirməsi haqqında məlumat verib.

Daha sonra Qarabağ qaziləri Rafiq Əliyev, Eldəniz Temirov, Elşən Ibrahimov, Timur Quliyev, Yaşar Cəfərov cıxış edərək, mövzu ətrafında öz fikirlərini bildiriblər.

Görüşün sonunda Rusiyada yaşayan Qarabag qaziləri adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarlna və birinci vitse Prezident Mehriban Əliyevanın adına müraciət qəbul edilib.
Azərbaycanda bir gündə 178 nəfər COVID-19-dan sağaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755test aparılıb.
İranda koronavirusdan ölənlərin sayı 19639 nəfərə çatıbİranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 147 nəfər vəfat edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 19639 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2133 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 343203 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 297486 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3881nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ17 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, 17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 12-15 dərəcə isti olacaq.
Bakıda iki yaşlı oğlunun başını kəsən ata ilə bağlı son xəbərBakının Səbail rayonunda iki yaşlı oğlunun öldürməyə cəhd edən Emil Kazıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Emil Kazıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Emil Kazıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Səbail rayon Prokurorluğunda istintaq gedir. /Teleqraf.com