Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏYHavaların küləkli keçməsi koronavirusa yoluxmanı artıra bilərmi?

Avrasiya.net xəbər verir ki, bu suala AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov cavab verib:

Rəşad Mahmudov qeyd edib ki, sübuta yetirilmiş tibbi nöqteyi-nəzərdən əlimizdə real belə bir fakt yoxdur: “Bunu konkret şəkildə demək doğru olmaz. Ümumiyyətlə, virutik xəstəliklərin, yoluxucu xəstəliklərin xüsusiyyətlərinə baxdığımız zaman hava-damcı yolu ilə yayılan infeksiyaların artmasına səbəb ola biləcək bir ehtimaldır.

İkinci bir tərəfdən, hamını maraqlandıran bir sual var ki, temperatur yüksəldikcə virutik xəstəliklərin, hər bir dərəcə temperaturun artması bəlli bir faiz virusun azalmasına səbəb olur. Bəs bu gün niyə bu təzad var? Bəlkə də, böyük bir şansımızdır ki, biz yay mövsümünə başlamışıq. Əgər biz ikinci, üçüncü dalğamı deyək– yenidən alovlanma hadisəsini sentyabr, oktyabr aylarında yaşasaydıq, bu daha dəhşətli rəqəmlərlə – bugünkü 325-lər yerinə insanların ictimai və fərdi münasibətinə görə daha çətin bir vəziyyətlə üzləşə bilərdik. Yay, isti havalar bizi bir qədər qoruyur. Dünya tibbi bunun cavabını hələ tam verə bilmədiyinə görə, fərqli düşüncələr, psixolojik fərqli yanaşma ola bilər.

Bir şeyi qəbul etməliyik ki, dünyada pandemiya var və bu pandemiyanın hədəfi insan oğludur”.
100-dək polis koronavirusa yoluxduErmənistanda indiyədək 100-ə yaxın polis işçisi yeni növ koronavirusa (COVID-19) yoluxub.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Ermənistanın Polis rəsi Arman Sarkisyan deyib.

"Epidemiya başlayandan bəri 100-ə yaxın polis əməkdaşı koronavirusa yoluxub. Həmçinin hazırda təcriddə olan əməkdaşlar da var. İnfeksiyaya yoluxanlardan bəzilərinin vəziyyəti ağır idi, ancaq onlar artıq sağalıblar", - deyə A.Sarkisyan bildirib.
Tanınmış meyxanaçı karantinə alındı - SəbəbTanınmış meyxana ustadı, qəzəlxan şair Mahir Cürət karantinə alınıb.

Bu barədə Cebhe.info-ya onun yaxınları məlumat verib.

"Mahir Cürətin qızdırması var idi. Teleaparıcı Elgiz Əkbərin iştirakı ilə bir qrup dostu onu müayinə olunmaq üçün Narkoloji Dispanserə apardı”, - məlumatda bildirilib.

Qeyd edək ki, meyxana ustadının səhhətində uzun müddətdir problemlər var.
FHN Kürdə batan 18 yaşlı oğlanı axtarırKür çayının Bərdə rayonundan keçən hissəsində 1 nəfərin batması ilə bağlı məlumat daxil olub.

Bu barədə Avrasiya.net Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, suda boğulan 18 yaşlı gəncin axtarışları davam etdirilir.
Daha 338 nəfər koronaya yoluxdu, 4 nəfər öldüAzərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3871 nəfər müalicə olunaraq sağalmış, 82 nəfər vəfat etmiş, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb.
AŞPA siyasi riyakarlıq edibAvropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə münasibət bildirməməklə beynəlxalq hüquqa hörmətsizlik etmiş oldu, demokratik prinsiplərə arxa çevirmiş oldu.

Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Mirsamir Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksindəkı çıxışında Dağlıq Qarabağ münaqişəsi və AŞPA-nın ikili standartlardan yanaşması ilə bağlı fikirlərinə münasibətində açıqlayıb.
M.Məmmədovun fikrincə, beynəlxalq hüquqa ləkə gətirən, onu aşağılayan təşkilatlardan biri də Avropa Şurasıdır: “Daim ermənilərin işğalçılıq siyasətinə göz yuman bu təşkilatın əsas məqsədi məntiqsiz bəyanat və ittihamları ilə Azərbaycanın beynəlxlaq nüfuzunuzəiflətməkdir. Çünki bu təşkilatda da güclü erməni lobbisi təşkilatlanıb və şuranın rəhbərliyi həmişə onların mövqelərini dəstəkləyib. İnsan haqlarını, hüquq və azadlıqlarını pozan, biganə yanaşan təşkilatlardan biri də Avropa Şurasıdır. 30 ilə yaxındlr ki, Avropa ermənilərin işğalçılıq siyasətindən əziyyət çəkən, doğma yurdlarından didərgin salınan 1 milyona yaxın azərbaycanının haqını tanımayıb. Onlara dəstək olmayıb, işğalçını adı ilə çağırmayıb. Əksinə ona dəstək olub”.

Politoloq qeyd edi ki, AŞPA hələ də Azərbaycana münasibətdə qərəzli mövqe tutub, ikili standartlı, riyakar, daimi təhdid siyasəti yürüdür. Avropanın mərkəzində dinc insanlara tutulan divan AŞPA tərəfindən demokratiyanın nümunəsi kimi qəbul edilir: “Amma Azərbaycanda hansısa məişət zəminində baş verən hadisə bu təşkilat tərəfindən siyasiləşdirilir, ölkədə insan haqlarının pozulduğu kimi qələmə verilir. Bu AŞPA-nin siyasi riyakarlığıdır. AŞPA insan haqlarının qorunmasına belə dəyər verirsə, ədalət prinsipinə hörmət edirsə o zaman, Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik bir fikir belə səsləndirəydilər”.

M.Məmmədov sonda qeyd edib ki, ermənilərin dəstəyi ilə AŞPA-da Azərbaycana qarşı aparılan çirkin kampaniya rəsmi Bakının mövqeyinə heç bir zaman təsir göstərə bilməyəcək və ölkəmizi yolundan döndərməyəcək. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Amma təəssüf ki, AŞPA kimi təşkilatlar üzərlərinə düşən missiyanı yerinə yetirməməklə, ikili standartlardan çıxış edirlər.
Zərifdən Trampın anlaşma mesajına cavabİran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın anlaşma təklifinə cavab verib.

Axar.az xəbər verir ki, XİN rəhbəri Tvitter hesabında ABŞ-ı nüvə sazişinə qayıtmağa çağırıb.

“Siz vəzifəyə başlayanda artıq ABŞ-la İran arasında saziş var idi. İran və sazişin digər tərəfləri heç vaxt masadan ayrılmadılar. İndiyə qədər sizin işdən çıxarılan bir çox məsləhətçiniz axmaq oyunlar oynadı. Bu vəziyyəti düzəltmək artıq sizə bağlıdır”, - Zərif bildirib.

Qeyd edək ki, Vaşinqtonla Tehran arasında məhbus mübadiləsi baş tutub. Bundan sonra Tramp İrana təşəkkür edib və seçkini qazandıqdan sonra iki ölkə arasında yaxşı müqavilə bağlanacağını vəd edib.
“ASAN xidmət” bizi rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi”Bunu Avrasiya.net-ə açıqlamasında "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İB-nın sədri Ramin Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında xidmətin fəaliyyəti ilə bağlı söylədiyi fikirlərə münasibətində açıqlayıb.

QHT sədrinin fikrincə, Azərbaycanda elektron xidmətlərin inkişafı və genişləndirilməsi əhali tərəfindən rəğbətlə, razılıqla qarşılanır. Bunlardan birti də ASAN və DOST xidmət sistemləridir: “Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumların gəldiyi nəticə budur ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə müsbət nəticələr verib. Bu nəticələrdən biri də, ASAN və DOST xidmətlərin yaradılmasıdır. Belə xidmətlərin yaradılması Azərbaycanın innovasiyalara hazır olması deməkdir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində mühüm əhəmıyyət kəsb edən hallardan biri də “ASAN imza”nı inkişaf etdirmək, müvafıq sənədləşmə prosedurlarının sadələşdirilməsi, habeb sənədin təsdiqi üçün vacib meyarlardan sayılan imzanın etibarlığının təmin olunması və bu sahədə saxtalaşdırmanın qarşısının alınmasından ibarətdir”.

R.Mahmudov qeyd edib ki, ümumiyyətlə, “ASAN xidmət” mərkəzləri effektivlik və şəffaflıq baxımından bütün ümidləri doğrultmaqla, eyni zamanda, ölkənin iqtisadi mühiti üçün əlverişli üsul sayılır və xarici sərmayədarların etimadını şübhə altına alacaq hərəkətlərə səbəb ola bilməz: “ASAN xidmət” həm də ölkəmizin intellektual məhsuludur. Xaricdən Azərbaycana gələn dövlət rəsmiləri belə bu xidmətlə yaxından maraqlanıblar. Bir neçə ölkə ilə Azərbaycanın “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. “ASAN Xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi”.
“ASAN” vətəndaşlara xidməti asanlaşdıran bir layihədir“Azərbaycanda “ASAN xidmət” dövlət qurumlarında mövcud olan fıkir və fəaliyyətə yenilik gətirdi. Bu xidmət vətəndaşlarımızın işini asanlaşdırdı, süründürməçiliyə son qoydu, vaxt itkisinin qarşısını aldı”.

Avrasiya.net xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında QHT sədri, ictimai fəal Emin Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətin fəaliyyəti ilə bağlı söylədiyi fikirlərə münasibətində açıqlayıb.

E.Əliyevin fikrincə, ASAN xidmət eyni zamanda dövlət qurumları tərəfindən göstərilən xidmətlərin yaxşılaşdınlması və təkmilləşdirilməsinə, əsas etibarilə, həyata keçirilən tədbirlərin icra mexanizminin yaxşılaşdınlması, xidmət mərkəzlərinin yüksək səviyyədə idarə olunmasına təkan verib: ““ASAN xidmət” mərkəzlərinin dövlət qurumları tərəfındən göstərilən xidmətlərin vahid məkandan idarə olunması və qabaqcıl təcrübənin formalaşdırması baxımından böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycanda qısa müddət ərzində 19 “ASAN xidmət” mərkəzi istifadəyə verilib və fəaliyyət göstərir, daha səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olunub. Bu xidmətin fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. İlk fəaliyyəti dönəmdə xidmətlərin sayı100-ə qədər idi, indi isə 320-dir”.

E.Əliyev onu da vurğulayıb ki, “ASAN xidmət” vətəndaşların vahid və əlaqələndirilmiş formada, habelə çevik şəkildə və yüksək keyfiyyətlə dövlət orqanlarının xidmətlərindən yararlanması məqsədilə yaradılıb: “Üstünlükləri çoxdur, məsələn, xidmətlərin ölkədə yeni islahat qismində qiymətləndirilməsi və bu islahatm nəticəsi sayılması, vahid inzibati binada dövbt orqanları tərəfındən vaxt itkisi olmadan vətəndaşlara xidmətlərin göstərilməsi, özəl sektorun bəzi sahələrinə çıxış imkanlarının təmin olunması, bürokratiya və korrupsiyanın qarşısının alınması, şəffaflığın təmin olunması və s. Bir sözlə, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verib”.
Avropa Şurası işğalçı Ermənistanı dəstəkləyirAvropa Şurası kimi beynəlxalq təşkilatlar daim Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipini qorumayıblar və verdikləri mücərrəd bəyanatlarla dolayısı yolla işğalçı Ermənistanı dəstəkləyiblər. Elə bundan irəli gəlib ki, bu gün elə təşkilatların beynəlxalq nüfuzu yoxdur, dünya onlara etibar etmir, güvənmir.

Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Ramiz Alıyev Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksindəkı çıxışında Dağlıq Qarabağ münaqişəsi və AŞPA-nın ikili standartlardan yanaşması ilə bağlı fikirlərinə münasibətində açıqlayıb.
Politoloq bilridib ki, Avropanın bəzi beynəlxalq təşkilatları Azərbaycanda gedən iqtisadi, siyasi və sosial inkişafdan narahat olduqlarından rəsmi Bakının uğurlarına yarasa gözüylə baxırlar: “Bu gün Azərbaycan insan haqlarının, söz və mətbuat azadlığının qorunduğu demokratik bir dövlətdir. Eyni zamanda iqtisadi gücüə malik olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Nəhəng regional layihələrin müəllifinə çevrilib. Bütün bunlar isə Avropa Şurası kimi təşkilatların təşvişinə səbəb olub”.

R.Alıyev onu da vurğulayıb ki, Avropa təşkilatları orada pozulan insan haqları ilə bağlı səssizlik nümayiş etdirdiyi halda Azərbaycanı bu kimi məsələlərdə səbəbsiz yerə ittiham edirlər: “Uzağa getməyək, bu günlərdə ABŞ-da qaradərili Corc Floydun ölümü ilə əlaqədar həm ölkədə, həm də Avropanın digər ölkələrində kütləvi iştişaşlar səngimək bilmir. Bütün Avropa ayağa qalxıb. İllərdir ABŞ-da qaradərilərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlayan iğtişaşlar zamanı 11 mindən çox insdan həbs olunub, 16-dan çox insan həyatını itirib, jurnalistlər xəsarət alıblar. Lakin ölkəmizi insan haqlarının pozulmasında ittiham edən Avropa Şurası buna göz yumur. Avropanın demokratik ölkələri sayılan Fransa, Almaniya, İspaniyada mitinqlər, polislərin mitinq iştirakşıları ilə amansızcasına davranışı, həbslər, ölüm hadisələri nədənsə Avropa Şurasının gözündən qaçır”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə də bu təşkilat susqunluqla yanaşıb. AŞPA-nın Monitorinq Komitəsinin Azərbayvcan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək səssislik nümayiş etdiriblər: “Baxmayaraq ki, 2001-ci ilin yanvarında Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan bu təşkilat qarşısnda bir sıra öhdəliklər götürüblər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəşilərin birbaşa mandatına daxildir. Amma bu həmməruzəçilərin susmaları işğalçı ermənilərin mövqelərini müdafiə etmələrinə daha bir sübutdur”.