Tanınmış meyxanaçı karantinə alındı - Səbəb
Dərc olunub:
5-06-2020, 19:33
Tanınmış meyxana ustadı, qəzəlxan şair Mahir Cürət karantinə alınıb.
Bu barədə Cebhe.info-ya onun yaxınları məlumat verib.
"Mahir Cürətin qızdırması var idi. Teleaparıcı Elgiz Əkbərin iştirakı ilə bir qrup dostu onu müayinə olunmaq üçün Narkoloji Dispanserə apardı”, - məlumatda bildirilib.
Qeyd edək ki, meyxana ustadının səhhətində uzun müddətdir problemlər var.