Azərbaycanda 9 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulubAzərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5700 nəfər test edilib.

TƏBİB-dən verilən məlumata görə, ümumilikdə ölkədə 143 079 ümumilikdə 143 079 test həyata keçirilib.

Qeyd edək ki, indiyədək ölkəmizdə 1 804 nəfər virusa yoluxub, 24 nəfər ölüb, 1 325 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 455, reanimasiyada olanların sayı 18 nəfərdir. 9 nəfər isə süni tənəffüs cihazına qoşulub.
İcra başçısı həbs edildi - QərarSəbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ötən gün DTX-nın əməliyyatı nəticəsində saxlanılan M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
Türkiyədə koronavirusdan ölənlərin sayı 3 174-ə çatdıTürkiyədə son sutka ərzində daha 93 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 2 615 nəfərin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 120 204 nəfərə çatıb. İndiyədək 48 886 nəfər koronavirusdan müalicə olunub".
Mavritaniyada girov saxlanılan dənizçilərimiz tezliklə vətənə qaytarılacaq - Şahin SeyidzadəMavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçinin ölkəmizə qayıtması üçün görülən tədbirlər davam edir.

Bir müddət əvvəl Mavritaniya İslam Respublikasına əmək fəaliyyəti ilə bağlı yola düşən 4 Azərbaycan vətəndaşı gəmiçi müəyyən problemlərlə qarşılaşaraq girov olaraq saxlanılıb.

Milli Məclisinin deputatı, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikasının Mavritaniya İslam Respublikasında olan fövləqadə və səlahiyyətli səfiri Oktay Qurbanovla əlaqə saxlayıb.

Deputat Avrasiya.net-ə bildirib ki, operativ və dolğun formada bizi məsələ və dənizçilərimizin vəziyyəti ilə məlumatlandıran hörmətli səfir vətəndaşlarımızın qısa zaman ərzində çətinliklərinin həll edilməsi və ölkəyə qayıtması üçün lazımi tədbirlərin görüldüyünü qeyd edib

Ş. Seyidzadə əlavə edib ki, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib. Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir:

"Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir. Karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcəkdir".

Deputat vətəndaşlarımızın problemlərinin operativ və peşəkar formada həll olunmasında səy göstərən diplomatik nümayəndəlik, dövlət qurumu və agentliyə öz təşəkkürümü bildirib.

#MilliMəclis #seyidzade50 #MFAAzerbaijan #AzDiaspora #ARDDA #AzEmbassyRabat #Azerbaijan #Mauritania
Evlilik və cinsi əlaqədə olma yaşının uyğunlaşdırılması doğrudurmu?Şamil Paşayev

Ombudsman Milli Məclisin plenar iclasında 2019-cu ilə dair məruzəsində erkən evlilik hallarının aradan qaldırılması məqsədilə Cinayət və Ailə Məcəlləsinə dəyişiklik olunmasını təklif edib. Ombudsmanın yanaşmasına görə, cinsi əlaqədə olma yaşı evlilik yaşına uyğunlaşdırılmalı və məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxslə təqsirləndirilən arasında 2 il yaş fərqinin olmasının ləğvini nəzərdə tutur.

Cəmiyyətdə, elə hüquqşünaslar arasında da 16 yaşına çatmayan (Cinayət Məcəlləsinin (CM) 152.1) şəxslə cinsi əlaqədə olmaq məsələsində mütləq zərərçəkmişin qadın olması təsəvvürü var ki, bu yanlışdır. Bu maddə təkcə təbii yolla cinsi əladəqə olmanı deyil, eyni zamanda uşaqbazlıq, lesbiyanlıq və s. kimi eyni qəbildən olan seksual xarakterli hərəkətləri nəzərdə tutur.

Bunu zorlama ilə qarışdırmaq olmaz. Belə ki, CM-nın 152-ci maddəsi könüllü münasibətləri nəzərdə tutsa da, zorlama cinayəti adından da göründüyü kimi şəxsin iradəsində kənar baş verir.

On altı yaşı tamam olmayan şəxslə cinsi əlaqəni qadağan edən maddənin tələbinə əsasən, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan şəxsin özündən iki yaş böyük adamla öz razılığı, yəni könüllü cinsi əlaqədə olması belə cinayətin baş verdiyini göstərir.

Bu maddə üzrə zərərçəkmiş, həm qadın, həm də kişi ola bilər. Burada cinayətin obyekti şəxsin cinsi toxunulmazlığıdı. Zərərçəkmiş kimi isə cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxs tanınır. Zorlama cinayətinin obyekti isə bilavasitə qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayanların isə cinsi toxunulmazlığıdı.

On altı yaşına çatmayan şəxslə cinsi əlaqə könüllü olsa belə, həmin şəxsin kəmağıllığı və s. psixi xəstəliklərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etməməsini cinsi aktı həyata keçirən şəxs anlayırsa, əməl zorlama (149) və seksual xarakterli zorakılıq hərəkətləri (150) kimi qiymətləndirilməlidi.

Bu cinayətin xüsusiyyətlərindən biri də təqsirkarın zərərçəkmişin 16 yaşının tamam olmamasını bilməsidir. Bu hal istintaqda əksər hallarda vəziyyəti obyektiv qiymətləndirməyə mane olur və sübut etməni çətinləşdirir.

Məsələn, şəxs 16 yaşı tamam olmadığını bildiyi, əvvəldən tanıdığı şəxslə cinsi əlaqədə olur. O, cinsi əlaqədə olduğu şəxsin doğum tarixini dəqiq bilir. Belə olanda şəxsin cinsi əlaqədə olduğu adamın 16 yaşına çatmadığını bildiyini müəyyən etmək olur. Bu cür münasibət isə həmişə bir-birini əvvəldən tanıyan şəxslər arasında olmur. Şəxslər adətən təsadüfi tanışlıq nəticəsində cinsi əlaqədə olanda bir-birindən şəxsiyyət vəsiqəsi və ya doğum şəhadətnaməsi istəmirlər. Ola bilər ki, şəxsin xarici görünüşü 16 yaşdan böyük görünsün. Şəxslərin bir-birinin xarici görünüşündən yaşlarını bilməsi mümkünsüzdür. Qanunun müddəasına görə, şəxs zərərçəkmişin yaşının 16-dan az olmasını bilməyəndə məsuliyyətə cəlb edilmir. Bu cinayətin sübut edilməsində kifayət qədər problem yaradır. Bəzən zərərçəkmişin doğum sənədinin olmamasına da rast gəlinir.

Belə olanda istintaqda məhkəmə-psixoloji və digər ekspertizalar təyin edilir. Ekspert rəyində şəxsin həmin situasiyadakı psixoloji vəziyyəti, digər şəxs barədə düşüncələri, görünüşü, yaşı və s əksini tapir. Amma bu da yekdil sübut kimi qiymətləndirilə bilmir.

Bu cinayət hadisənini müəyyənləşməsini çətinləşdirən hallardan biri də əlaqənin adətən hər iki şəxs tərəfindən gizlədilməsidir. Hüquq-mühafizə orqanları əksərən 16 yaş aralığındakı qızların hamiləliyi, doğuş və abort üçün xəstəxanaya müraciət etməsindən sonra xəbər tuturlar. Bu vəziyyətdə isə cinayətin olub-olmadığını müəyyənləşdirmək üçün həkim ekspertin rəyinə ehtiyac var. Məsələ odur ki, şəxsin 15 yaşının son günündə cinsi əlaqədə olma məsuliyyət yaratdığı halda, 16 yaşının ilk günü cinsi əlaqə olmaq cinayət məsuliyyəti yaratmır. Yəni burda 1 saat müddət şəxsin əməlinin cinayət olub-olmadığını müəyyənləşdirir.

Zərərçəkmiş kişi olanda isə istintaq və əməliyyat aparatı məlumat verən mənbələrdən də məhrum olur.

Mənim fikrimcə, cinsi əlaqədə olma yaşının 16-dan 18-ə qaldırılması erkən nikahların qarşısını almaq üçün effektiv vasitə deyil.

Evlilik yaşının 18 olması şəxslər arasındakı cinsi əlaqəyə görə nəzərdə tutulmayıb, bu, BMT-nin 1989-cu il Bəyənnaməsində əksini tapıb.

Şəxsin evlilik və cinsi əlaqə üçün yetkin olması tamamilə fərqli məsələdir.

CM-nin 152.1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün təqsirkarın 16 yaşının tamam olması əsas şərtdi, zərərçəkmiş şəxslə aralarında isə 2 il yaş fərq olmalıdı. On altı yaşına çatmayan şəxlsərin cinsi əlaqədə olması, erkən nikahlarla mübarizə üçün qanunun tələbini sərtləşdirməkdənsə, ibtidai istintaq aparan və prosessual rəhbərliyi həyata keçirən orqanın cinayət işi üzrə səbəb və şəraitin müəyyən edilməsi, həmçinin, aradan qaldırılması üçün real işlər görməsi daha effektli olar. Təəssüf ki, bu sahədə formal təqdimat yazmalar davam edir.

Şəxslərin cinsi yetişkənli və cinsi tərbiyəsi ilə ailə və təhsil institutu məşğul olmalıdır. Məktəbli cinsi yetişkənlik və cinsi əlaqə mövzusunda gizlincə hansısa saytlardan deyil, mütəxəssislərdən öyrənməli, lazım gəldikdə psixoloji yardım almalıdır. Ümumiyyətlə, ibtidai təhsildən etibarən psixoloq yardımı alınmasına təşviq edilməli və buna real şərait yaradılmalıdır.

Yerli icra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirmə və profilaktik tədbirləri gücləndirməlidirlər. Bu orqanlar qurbana çatmalı, potensial qurbanı müəyyən etməlidi, qeyri-hökumət təşkilatları vasitəsilə maarifləndirmə tədbirləri və müzakirələr aparılmalıdır.

Cinsi əlaqə ilə bağlı şiddətin aradan qaldırılması üçün ailədaxili və ailələrin özlərinə də maarifləndirmə işini artırmaq mütləqdir.

16 yaş aralığında olanların ginekoloq qəbulunda qeydiyyatının qanunvericiliyin tələbinə uyğun aparılması, digər kənar cərrahi müdaxilələrin həyata keçirilməsi, cinayət xarakterli məlumatları daşıyan xüsusatlarla bağlı hüquq-mühafizə orqanlarının məlumatlandırılmasına nəzarətin gücləndirilməsi vacibdir.


Nazirlikdən 190 manat ödəmələri ilə bağlı yeni AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birdəfəlik ödəmə (190 manat) ilə bağlı sosial şəbəkə səhifələrində müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirib.

Avrasiya.net-in məlumatına görə, bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbovun sözlərinə görə, imtina SMS-lərində şəxsin özünün və ya həyat yoldaşının adına ev, maşın, əmək müqaviləsi, aktiv VÖEN, pay torpağı və s. olması barədə qeyd edilən məlumatlar aidiyyəti dövlət qurumlarının rəsmi informasiya ehtiyatlarından əldə edilir:

"Vəfat etmiş şəxslər barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Bu barədə yayılan məlumatlar araşdırıldıqca ortaya çıxan mənzərə onu göstərir ki, vətəndaşlar elektron qeydiyyat zamanı vəfat etmiş şəxsin məlumatları yerinə öz yaxın qohumlarının FİN məlumatlarını daxil edib. Elektron sistem də avtomatik olaraq daxil edilən FİN üzərindən araşdırma apararaq qeyd edilən şəxsin məlumatları əsasında şəxsin aktiv əmək müqaviləsinin olduğu, adında və ya istifadəsində iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı və s. bu kimi səbələrdən imtina qərarı vermiş olur".

Nikah münasibətlərinin pozulması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Nigah münasibətlərinin pozulmasına baxmayaraq vətəndaşa ər və ya arvadla bağlı məlumatlar əsasında imtina edilməsinin əsas səbəbi onların ailə vəziyyəti ilə bağlı şəxsiyyət vəsiqələrini dəyişdirməməsidir. Belə ki, e-sistem onu şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən “evli” kimi tanıyır. Mövcud şəxsiyyət vəsiqəsində (şəxs boşansa belə) evli kimi qeyd edilən şəxslərdən birinin birdəfəlik ödəmə ilə bağlı meyarlara uyğun gəlməməsi avtomatik olaraq keçmiş ər və ya arvada da imtina qərarının getməsinə səbəb olur;

Birdəfəlik ödəmə üçün müraciət etməyən və ya edən şəxsin mobil nömrəsinə digər şəxs barədə göndərilən SMS-lərlə bağlı: Bu halın baş verməsinin əsas səbəbi vətəndaşın qeydiyyat zamanı əlaqə vasitələrini düzgün daxil etməməsidir. Nazirliyin rəsmi facebook səhifəsinin messenger (inbox) bölməsinə daxil olan müraciətlərdə də aydın görünür ki, bəzi vətəndaşlar mobil nömrələrini səhv daxil etmiş və düzəliş edilməsini xahiş edirlər. Vətəndaşlar belə hallarla bağlı 142 – Çağrı Mərkəzinə və ya rayon (şəhər) Məşğulluq Mərkəzlərinə məlumat verməlidirlər;

İstifadəsində və ya adında avtomobilin olmaması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Mümkündür ki, siz hazırda nəqliyyat vasitəsi istifadə etmirsiniz, lakin etibarnamə əsasında elektron sistemdə nəqliyyat vasitəsinin istifadəçisi kimi görünə bilirsiniz. Yaxud maşını etibarnamə ilə kiməsə satmısınız, lakin həmin avtomobil sizin adınızdadır. Müvafiq sorğu əsasında Daxili İşlər Nazirliyinin elektron sistemindən əldə edilən məlumat əsasında bu, müəyyən olunur və vətəndaşa da aidiyyəti məzmunda SMS göndərilir;

Əmək müqaviləsinin olması barədə yanlış göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Qeyd edim ki, həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" e-sistemində aktiv əmək müqaviləsi bildirişi olduğu üçün birdəfəlik ödəmə verilməsindən imtina edilir. Həmin vətəndaşlar iddia edə bilər ki, mən artıq işdən çıxmışam, niyə mənim müqaviləm qüvvədədir. Bildirim ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirilir. Yəni bu proses birbaşa işəgötürənin səlahiyyəti daxilindədir. Dövlət orqanının işəgötürən tərəfindən daxil edilmiş müqaviləyə xitam vermək səlahiyyəti yoxdur. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin sistemə daxil edilməsi üçün işçi ilk olaraq işəgötürənə müraciət etməlidir;

Subay olduqları halda ailəli şəxs kimi yanlış imtina göndərildiyi iddia edilən SMS-lərlə bağlı: Daha öncə göndərilən SMS-lərdəki köhnə mətnin məzmunu müraciət edən subaydısa özünə, evlidirsə özünə və ya həyat yoldaşına aid edilməlidir. Hazırda isə həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılır. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur".
Daha 38 nəfər koronavirusa yoluxdu: ölən var Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

11 yaşlı qız qardaşından hamilə qaldıRusiyanın Voronej vilayətinin Yaçeyka kəndində 11 yaşlı qız 14 yaşlı qardaşından hamilə qalıb.

“LifeShot” xəbər verir ki, hər iki yeniyetmə Valentina S. adlı qadın tərəfindən övladlığa götürülüb.

Qadın yaşadığı kənddə baş mühasib vəzifəsində işləyib. Övladı olmayan Valentina S. səkkiz uşağı öz himayəsinə götürüb. Ailə pensiya və müavinətlər hesabına yaşayıb.

Bacı və qardaşın birlikdə oynamasını qadın təbii qarşılayıb. Lakin bir müddət sonra həkim müayinəsi zamanı məlum olub ki, 11 yaşlı qız hamiləliyin 15-ci həftəsindədir və abort etmək üçün gecdir.

14 yaşlı oğlanı qəyyumluq üçün bu ailəyə verən şəxsə qarşı cinayət işi açılıb.

Məlum olub ki, ötən il uşaqların saxlanılma şəraitini yoxlamağa gələn səlahiyyətli şəxs onların yaşayış şəraitində yol verilən qüsurları görüb, lakin akt tərtib etməkdən boyun qaçırıb.

Azərbaycanda 260 məhkum şərti azadlığa buraxılıb - RƏSMİ“Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Həmçinin 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.

Avrasiya.net-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib.

A.Sabitova qeyd edib ki, pandemiya dövründə vətəndaşlarla görüşlər dayandırılıb və məhkumlar tibbi avadanlıqlarla təmin olunub.

Bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏBE-sistemdə aktiv əmək müqaviləsi bildirişi olan 320 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.

Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.

Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Daha 100 min şəxsə də bu ödəmə veriləcək.