Sizin Reklam Burada

Abşeronda ər arvadını öldürdü - Rəsmi açıqlama

Abşeronda ər arvadını öldürdü - Rəsmi açıqlamaBaş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər