Ermənistanda daha iki nəfər koronadan öldü
Dərc olunub:
30-04-2020, 12:22
Ermənistanda koronavirusa yoluxanların sayı 2066-ya çatıb.
Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, son sutka ərzində koronavirusa 134 nəfər yoluxub, iki nəfər də ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 32-yə çatıb.