Türkiyədə koronavirusdan ölənlərin sayı 3 174-ə çatdı
Dərc olunub:
30-04-2020, 20:24
Türkiyədə son sutka ərzində daha 93 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 2 615 nəfərin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 120 204 nəfərə çatıb. İndiyədək 48 886 nəfər koronavirusdan müalicə olunub".