Sizin Reklam Burada

Məsuliyyətsizlik bizi yenidən daha ağır nəticələrlə üzləşdirə bilər

Məsuliyyətsizlik bizi yenidən daha ağır nəticələrlə üzləşdirə bilərMVP rəsmisi: "Vəziyyətin yenidən arzuedilməz hal alması karantin qaydalarının sərtləşdirilməsini qaçılmaz edəcək"

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində mart ayından ölkədə tətbiq edilən karantin rejiminin bir qədər yumşaldılmasına cəmiyyətin münasibəti adekvat olmayıb. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi xidmət sahələrinin fəaliyyətinə icazə verməsi yenidən paytaxtda qələbəlik, kütləvilik yaradıb. Bu həm Bakının küçələrində, həm də ictimai nəqliyyatda özünü büruzə verib. Məhz bu sosial məsuliyyətsizliyin, cəmiyyətin yaxınlığımızda, ətrafımızda olan bəlanı ciddiyə almamasının nəticəsidir ki, son günlər koronavirusa yoluxanların sayında bir qədər artım qeydə alınıb.

Məsələ ilə bağlı fikirlərini "OLAYLAR"-a bildirən Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyib ki, cəmiyyətin bu cür sosial məsuliyyətsizliyi, təhlükəni ciddiyə almaması bizi yenidən daha ağır nəticələrlə üzləşdirə bilər: "Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi xidmət sahələrinin fəaliyyətinə icazə verməsi o demək deyil ki, hamı əvvəlki qaydada, heç bir problem, təhlükə olmadığını zənn edərək küçələrə axın etməli, şəhərdə kütləvilik yaratmalıdır. Məhz bu məsuliyyyətsizliyin nəticəsidir ki, son günlər, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarından sonra Azərbaycanda koronavirusa yoluxanların sayında nisbətən artım qeydə alınıb.

Halbuki həmin qərardan əvvəl koronavirusa yoluxanların sayı azalmağa doğru gedirdi. Məsələn karantin qaydalarının yumşaldılmasına qədərki günlərdə koronavirusa yoluxanların sayı 25-30 nəfər təşkil edirdisə, aprelin 27-də karantin qaydalarının yumşaldılmasından sonra bu göstərici gündəlik olaraq 50-yə yaxın qalxdı. Aprelin 28-də 39, aprelin 29-da isə 49 nəfərin koronavirusa yoluxması müəyyən edildi. Buradan belə nəticəyə gəlmək olar ki, nə qədər təəsüüflü də olsa cəmiyyətimiz hələ karantin qaydalarının yumşaldılmasına hazır deyil. Dövlət, hökumət insanlarımız, vətəndaşlarımızı düşünüb karantin qaydalarını bir qədər yumşaltsa da, lakin cəmiyyətin bu qərara reaksiyası adekvat olmadı.

Daha dəqiq desək insanlarımız bundan sui-istifadə etməyə çalışdı". Süleyman İsmayılbəyli deyib ki, vəziyyətin yenidən arzuedilməz hal alması karantin qaydalarının sərtləşdirilməsini qaçılmaz edəcək: "İstər Cənab Prezident İlham Əliyev, istərsə də baş nazir Əli Əsədov, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah da vəziyyətin mənfiyə doğru gedəcəyi təqdirdə karantin qaydalarının yenidən sərtləşdiriləcəyini istisna etməyib". MVP rəsmisi bildirib ki, bu günlərdə beynəlxalq səviyyədə bu istiqamətdə aparılan araşdırma və ortada olan nəticələr də kifayət qədər məsuliyyətli olmağı zəruri edir: "Belə ki, sinqapurlu alimlər Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə koronavirus pandemiyasının bitmə tarixinə dair yenilənmiş proqnozlarını açıqlayıblar.

Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) hesabatında yer alan məlumatda qeyd edilir ki, alimlərin hesablamalarına görə, Azərbaycanda koronavirus pik həddə aprelin 8-də çatıb. Qeyd olunub ki, pandemiya Azərbaycanda mayın 7-də 97%, mayın 18-də 99%, iyunun 15-də isə 100% bitəcək. Deməli hələ təhlükə qapımızın ağzındadır. Baxmayaraq ki, pandemiyanın pik həddi aprelin 8-də başa çatıb, ancaq məsuliyyətsiz davranışlarımız bizi yeni bir dalğa ilə üzləşdirə bilər. Ona görə də vəziyyəti kifayət qədər ciddiyə almaq lazımdır. Məcburiyyət olmadığı təqdirdə, zərurət yaranmayacağı halda evdən çıxmamamalıyıq. Əgər Amerika, İtaliya, İspaniya, İranda baş verənlərin, yaxınlarımızın, qohum-əqrəbalarımızın koronavirus qurbanına çevrilməsini istəmiriksə, birmənalı şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əməlk etməliyik". Süleyman İsmayılbəyli onu da bildirib ki, Azərbaycan dövləti, hökuməti, şəxsən dövlət başçısı Cənab İlham Əliyev koronavirusun Azərbaycana, Azərbaycan vətəndaşlarına təsirini minimuma endirmək üçün kifayət qədər tədbirlər görür: "Koronavirusun vətəndaşlarımıza vurduğu maddi ziyanın aradan qaldırılması məqsədilə işsiz vətəndaşlara, sahibkarlara maddi dəstəyin göstərilməsi, kimsəsiz, yardıma ehtiyacı olan ahıl, yaşı 65-dən yuxarı olan şəxslərə yardımların çatdırılması, eləcə də digər bu kimi sosial layihələr məhz vətəndaşlarımızı qorumaq, onların pandemiya dövründə mümkün qədər bayıra çıxmayıb ev şəraitində qalmalarına yönəlmiş addımlardır.

Ona görə də bir daha qeyd edirəm ki, vətəndaşlarımız da bütün bunları nəzərə almalı, daha da məsuliyyətli olmalı, qəbul edilən qərarlara birmənalı şəkildə əməl etməlidirlər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər