Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nəticələnən dəhşətli hadisə cəmiyyətdə ciddi rezonans doğurub.

Axar.az xəbər verir ki, güllələnən müəllim Şəhla Kamilova ilə bağlı təfərrüatlı informasiyaların mövcudluğuna baxmayaraq, hadisəni törədən şagirdlə bağlı kifayət qədər az bilgi var.

"AzTimes.az" bütün ölkənin danışdığı antiqəhrəman haqqında bəzi məlumatlar əldə edib. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdin kimliyi ilə bağlı yeni detallar üzə çıxıb.

Eibarlı mənbələrdən verilən məlumata görə, sözügedən şagirdin babası Ənvər Şirinov uzun illər Sumqayıt şəhərində yerləşən ərəb-fars təmayüllü məktəbdə direktor vəzifəsində çalışıb.

Onu tanıyanlar Ənvər Şirinovu hörmətli, ziyalı və nüfuzlu bir insan kimi xarakterizə edirlər. Mənbələrin bildirdiyinə görə, Abşeron rayonu ərazisində yerləşən “Murad” şadlıq evi də ailəyə məxsusdur.

Şagirdin atası Samir Şirinov isə Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. O, həmin vəzifədən azad edildikdən sonra Sumqayıtdan Bakıya köçərək şəxsi biznes fəaliyyəti ilə məşğul olub.

Hazırda hadisə ilə bağlı rəsmi qurumlr tərəfindən araşdırma aparılır. Məsələ ictimaiyyətin diqqət mərkəzində olaraq qalmaqdadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər