Sizin Reklam Burada

Əcnəbilərin inteqrasiyası istiqamətində səylər səfərbər ediləcək

Əcnəbilərin inteqrasiyası istiqamətində səylər səfərbər ediləcək“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin icrasına başlayıb.

Avrasiya.net xəbər verir ki, cari ilin fevral-may aylarında icra ediləcək layihənin məqsədi miqrantlar arasında onların maraqlarına cavab verən müxtəlif miqrasiya mövzularını əhatə edəcək məlumatlandırma və maarifləndirmə tədbirləri vasitəsilə bu kateqoriyadan olan əcnəbilərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdən ibarətdir. Layihə çərçivəsində maraqlı tərəflər arasında fikir mübadiləsi aparılacaq, xüsusilə son 15 ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə nəzər salınacaq və əldə olunacaq nəticələr əsasında layihənin hədəf qruplarının tələblərinə cavab verən maarifləndirmə tədbirlərinin konseptual əsasları işlənib hazırlanacaqdır.

Bununla yanaşı, layihənin gedişatı zamanı miqrasiya sahəsində mövcud olan və miqrantların maraqlarına cavab verən aktual mövzularda əyani vəsaitlər hazırlanacaq və layihənin hədəf qrupları arasında maarifləndirmə tədbirləri keçiriləcəkdir. Layihənin digər komponentlərindən biri həm də əcnəbilərin inteqrasiyası sahəsində dövlət siyasətinin effektivliyinin artırılması istiqamətində maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və bu əsasda gələcək tərəfdaşlıq platformasının əsasının müəyyən edilməsidir.

Layihə çərçivəsində Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları, o cümlədən fəaliyyətlərini əcnəbilərlə əlaqədar quran vətəndaş cəmiyyəti institutları və özəl qurumlarla, Dövlət Miqrasiya Xidməti yanında İctimai Shuranın müvafiq işçi qrupu ilə sıx əməkdaşlıq ediləcəkdir. Bu səbəbdən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi hazırkı layihə çərçivəsində maraqlı tərəfləri əməkdaşlığa dəvət edir. Hər müraciət müvafiq qeydə alınacaq və onunla bağlı zəruri işlər aparılacaqdır. Əldə olunacaq bütün nəticələr müvafiq qaydada ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

#AvrasiyaMiqrasiyaTəşəbbüsləriPlatforması
#EurasianMigrationInitiativesPlatform
#ЕвразийскаяПлатформаМиграционныхИнициатив
#İnteqrasiya
#Integration
#Интеграция

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər