Sizin Reklam Burada

Niyaz Niftiyev aclıq aksiyasına başladı

Niyaz Niftiyev aclıq aksiyasına başladıBakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Ənnağı Məmmədli məlumat verib.

Məlumata görə, Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi 16 aydır ki, davam edir. Lakin məhkəmə prosesi hər dəfə bir bəhanə ilə təxirə salınır, lüzumsuz səbəblərlə uzadılır.

Bununla bağlı ictimai-siyasi sektor təmsilçilərinin çoxsaylı müraciətləri olsa da, aidiyyəti qurumlardan ciddi reaksiya verilməyib.

Sonuncu məhkəmə prosesi avqustun 9-da eyni formada təxirə salınaraq, avqustun 23-nə təyin edilib. Niyaz Niftiyevsə prosesin qəsdən uzadılmasına, məhkəmənin ədaləti qərar qəbil edə bilməməsinə etiraz olaraq avqustun 10-dan aclığa başlayıb.

Xatırladaq ki, N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər