Sizin Reklam Burada

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu

Müəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Avrasiya.net-ə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsi Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə 3-6 avqust tarixlərində keçirilib. Seçimlərdə 2255 namizəd uğur qazanaraq müsabiqənin müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.

Qeyd edək ki, cari vakansiya seçimi mərhələsində ilk dəfə olaraq informatika fənni üzrə imtahanlarda iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də seçim etmək imkanı verilib. Layihə üzrə vakansiyaya çıxarılan 166 vakant yerə proqram təminatı tətbiq edilməklə elektron şəkildə yerləşdirmə həyata keçirilib.

Eyni zamanda namizədlərin şəxsi səhifəsində müsahibə mərhələsi ilə bağlı məlumatlar da qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər