Sizin Reklam Burada

Deputatın rüsvayçı təhqirinin səbəbi...

Deputatın rüsvayçı təhqirinin səbəbi...Dünya mediası yazır ki, 2021-ci ildə doğulan uşaqlar 22-ci əsri görə biləcəklər. Yəni dünya mediası artıq 22-ci əsrin planlaşdırmasını aparır. Azərbaycan mediası isə qalıb bir qrup ağzının danışığını bilməyən şəxsin əlində. Medianı müğənni bir tərəfdən söyür, deputat o biri tərəfdən təhqir edir, işini düz-əməlli yerinə yetirə bilməyən futbolçu digər tərəfdən ağız büzür.

Təzə-tər deputatımız Nurlan Həsənov mediada jurnalisti “sözlərimi təhrif edib” “maddəsi” ilə təhqir edib. Jurnalist xanım da səs yazısını yayaraq sübut edib ki, burada təhrif yoxdur.

Məsələ nədir?

Bu adamlar sözün məsuliyyətini, dəyərini başa düşmürlər. Ağıllarına nə gəldi danışırlar, elə bilirlər ki, jurnalist bunların fikirlərini malalamağa, yuyub çirkin-pasın təmizləməyə borcludur. Jurnalist sənin fikirlərini düzəldəcəksə, səhvlərini aradan qaldırıb özü ekspertlik edəcəksə, day sənə niyə zəng edirdi? Elə oturub özü yazardı da.

Tutaq ki, sən yanında kiməsə əsəbiləşib açıqlama zamanı Zimbabve liderini söyəcəksənsə, bu da səsyazma cihazına düşəcəksə, bunda jurnalistin nə günahı?

Tarif Şurası qərar veribmi? Aradan bir gün keçibmi? Zəhmət çək, düşün ki, ictimaiyyətə bu qərarın zəruriliyini necə izah edəcəksən. “İqtisadçı deyiləm” demək bir millət vəkili üçün ayıbdır. Başa düşmürsənsə, iqtisadçı həmkarına zəng elə, öyrən, bu barədə ən azı düşün! Bəs, baş nə üçündür?

Medianın sualına cavab verməyə və hökumətin atdığı addımın səbəbini ictimaiyyətə izah etməyə borclusan, bu, sənin işindir! Deputat bunu da etməyib, bəs nə mənəyə lazımdır? Səngərdə yatan deyilsən, avtomatın qundağı ilə lüləsini ayıra bilmirsən, yer əkmirsən, məhsul becərmirsən, neft çıxarmırsan... Sənin işin düşünmək və danışmaqdır.

O səs yazısını dinləyəndə bəlli olur ki, deputat ona sual veriləndən sonra düşünməyə başlayıb. Niyə əvvəldən düşünməmisən?

Niyə sənə sual veriləndə fikirləşməlisən?

İqtisadçı deyilsənmiş... Guya siyasətdən nə anlayıb, ictimaiyyətə nə anladırsan ki?!

Dünən Ara Ayvazyanla Mesrop Arakelyan – hər ikisi eyni gündə, amma ayrı-ayrılıqda Xankəndiyə gəlib, “görüşlər” keçiriblər.

XİN-in bir açıqlamasından başqa birinizin səsi çıxmır, münasibəti, izahı, hikkəsi, hədəsi yoxdur. Nə iş görürsünüz siz? Niyə münasibət bildirmirsiniz? Yoxsa buna görə də sizə müraciət olunmalı, sual verilməli, sonra düşünüb, “siyasətçi olmadığınız” üçün politoloqlara yönəltməlisiniz?

Barmaqla sayılacaq deputatlar istisna olmaqla, hansınız şərhlərinizlə ictimaiyyəti maarifləndirir, medianın özünü belə istiqamətləndirirsiniz? Bircə dəfə hansısa deputat zəng edib deməyib ki, ay jurnalist, mənim belə bir təklifim, fikrim var, gəl danışım, sən də işıqlandır, bəlkə, ölkəmiz üçün faydalı olar.

Amma əcnəbi politoloqlar, məsələn, rus ekspertlər hətta Moskvadan bizə zəng edib fikirlərini bölüşürlər. Özləri zəng edirlər, özləri konkret mövzu ilə bağlı təklif irəli sürür, danışmaq istədiklərini deyirlər və elə danışırlar ki, adam heyrətə gəlir – ağıllarına, düşüncələrinə, təfəkkürlərinə, analiz qabiliyyətlərinə.

Çünki düşünürlər, başlarını işlədirlər, oxuyurlar, yatmırlar, dincəlmirlər...

Təbii, bu sözlər bütün politoloq, deputatlarımıza aid deyil. Amma təəssüf ki, böyük çoxluq mediaya məhz bu cür yanaşır. Nəticədə ortaya rüsvayçı fikirlər, ürəkbulandıran qalmaqallar çıxır. Özü də çox qəribədir ki, Azərbaycanda illərdir deputatların qalmaqal yaradan açıqlamaları gündəm olur, amma bu problem qətiyyən həllini tapmır.

“Gəncləşdirmə siyasəti” deyib, sevindik, əvəzində gənc deputatlar az qalıblar var-yox söyüşü söyələr...

Utanın, ayıbdır, özünüzə etmirsinizsə, daşıdığınız mandata, təmsil etdiyiniz əhaliyə hörmət edin. Bacarmırsınızsa, əsəblərinizi idarə edə bilmirsinizsə, düşünmək istəmirsinizsə, sizi tənqid edənlərə dözümlü yanaşmağa qadir deyilsinizsə, çıxın gedin, təhvil verin mandatınızı, heç olmasa bu xalqa istefanızsa, yoxa çıxmağınızla xidmət edin.

Gedin oxuyun, düşünmək və danışmaq istəyəndə gələrsiniz...

Axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər