Sizin Reklam Burada

Tanınmış həkim peyvənddən qorxmamağa ÇAĞIRDI

Tanınmış həkim peyvənddən qorxmamağa ÇAĞIRDI"Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun-genlər cəminin bir və ya bir çox hissəsidir. Bu, orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər-immunitet (spesifik immunoqlobulin G) yaranır.

Avrasiya.net xəbər verir ki, bunu tanınmış həkim radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev bildirib.

O, insanları koronavirusa (COVİD-19) qarşı peyvənddən qorxmamağa çağırıb:

"Vaksin-peyvənd orqanizmə yeridiləndən təqribən 2-3 həftə ərzində bu antitellər yaranır. Antitellərin orqanizmdə kifayət qədər yaranması yəni, xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır. Bunlardan 2-3 həftə sonra xəstə şəxsdən bizim orqanizmimizə aktiv virus keçsə belə, yəni yoluxduğumuz halda artıq bədənimizdə yaranmış o antitellər daxil olan aktiv virusları öldürə bilir - inaktivləşdirib məhv edir. Ona görə də vaksinləşmə-peyvəndlənmə çox vacib və önəmlidir. Pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur! Qorxmayın! Bu elmin məhsuludur! Qüvvət elmdədir! Bu prosesi bilməyən insanlar hansısa çiplənmədən danışırlar. Bu absurddur".

A.Əliyev vacib bir məqama da toxunub.

"Lakin önəmli məqamlardan biri budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq, qurtulmuş sayılırıq", - deyə həkim-radioloq bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər