Sizin Reklam Burada

Diqqət: Votsapınız bu yolla oğurlana bilər

Diqqət: Votsapınız bu yolla oğurlana bilərYerli Votsap istifadəçilərinə kibertəxribatlar var. Votsap hesabınız ələ keçirilə bilər. Bəs proses necə baş verir?

Avrasiya.net xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas qeyd edib.

O bildirib ki, təxribatı törədən şəxs sizin nömrənizlə başqa telefonda Votsapdan qeydiyyatdan keçir:

“Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir. Az bir müddət keçməmiş sizin Votsap nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, əlim dəydi, səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa, o kodu mənə göndərə bilərsiniz?

Beləliklə, siz o kodu göndərən zaman qarşı tərəfə Votsap hesabınızı öz əllərinizlə vermiş olursunuz.

Bura qədər hər şey bəsitdir. “Kim bunu edər” deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin Votsapı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım, bəs sənə kod göndərdim, əlim dəydi səhvən, onu göndər mənə. Məsələn, əgər mənim Votsap hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər.

Bu məşhur sosial mühəndislik nümunəsidir. Hazırda bundan zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər