Sizin Reklam Burada

Akademik 94 yaşında vəfat etdi

Akademik 94 yaşında vəfat etdiAzərbaycanın tibb elminə ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, görkəmli alim, tanınmış pediatr, tibb elmləri doktoru, professor, akademik Adilə Namazova vəfat edib.

O, dekabrın 16-da ömrünün 94-cü ilində dünyasını dəyişib.

Qeyd edək ki, A.Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasında aspirantura təhsilini alıb.

1965-ci ildən ATU-nun I uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində olub. Elə həmin il tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

Təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı mütəxəssislər hazırladığına görə Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilib. A.Namazova belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim olub. Adilə Namazova 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olub.

Azərbaycan Tibb Universiteti əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Adilə Namazovanın vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınları və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Akademik Adilə Namazovanın təltif və mükafatları:

1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni (1996);

2. Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011);

3. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu (2016):

4. Dövlət mükafatı laureatı (1981);

5. Əməkdar elm xadimi (1982);

6. ”Akad. M.Topçibaşov mükafatı laureatı və medalı” (2005);

7. Azərbaycan Pediatrlar Assosiasının Prezidenti

8.Ümumdünya Pediatrlar Assosiasının Rəyasət Heyətinin üzvü

9.Türkdilli ölkələrin Pediatrlar Assosiasiyasının vitse prezidenti.

10. Avropa Pediatrlar Assosiasının üzvü.

11. Səhiyyə əlaçısı (1975);

12. Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri Ordeni" (2007);

13. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademik Miəsədulla Mirqasımov mükafatı” ( 2016)

14. Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski Medalı” (2016)

Allah rəhmət eləsin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər