Sizin Reklam Burada

Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış oldu

Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış olduAzərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə layihə müsabiqəsində qalib gələn “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Gədəbəy, Quba, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında icra etdiyi “Keçmişdən gələcəyə, toplaşaq muzeylərə” – region muzeylərinə vitual ekskursiyanın təşkili, muzey mədəniyyətinin inkişafına dəstək layihəsi ugurla başa çatıb.

Layihənin məqsədi valideynlər, uşaq və gəncləri Azərbaycandakı muzeylərlə virtual tanış etmək, muzeylərə marağı kütləviləşdirmək, muzey mədəniyyətinin inkişafına dəstək vermək, övladlarımıza tarix və mədəniyyətimizə sahib çıxamağı öyrətmək, ictimaiyyətin diqqətini bu mədəniyyət ocaqlarının problemlərinə və inkişafına yönəltmək, muzeylərimizi sosiallaşdıraraq və cəmiyyətdə əhəmiyyətini yüksəltməkdən ibarət olub.
Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış oldu
Layihə çərçivəsində Gədəbəy, Quba, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarında yerləşən açıq və qapalı tipli region muzeylərinə vitual ekskursiyalar təşkil olundu. Bu zaman foto-video çəkilişlər və sosial şəbəkələrdə (feysbuk üzərindən) birbaşa canlı yayımlar aparıldı.
Virtual ekskursiya çərçivəsində Mədniyyət Nazirliyi ilə razılaşdırılan qrafik üzrə Qəbələdə İsmayılbəy Qutqaşınlinin Ev Muzeyində, İsmayılbəy Qutqaşınlınin qəbirüstü abidəsində. “Cotari” Alban-Udi kilsəsində, "Bulum" Məbədində, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu, Qəbələ Arxeoloji Mərkəzində, İsmayillida Lahıc məktəb muzeyi, İsmayıllı Tarix və Diyarşünaslıq Muzeyində, “Girdman” qalasında (XI-XII əsrlər Niyal qalası), Talıstan kəndi Cavanşir qalasında (VI-VII əsrlər), Sulut kəndi Fit dağında (Qırxotaq) XII əsr, Buzxana, Lahıc Tarix Diyarşünaslıq Muzeyində, Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəsm qalereyasında, Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasında, Şamaxı Rayon Dəmirçi Arxeologiya Muzeyində, Quba rayon Tarix-Diyarşünaslıq muzeyində, Quba “Soyqırım” Memorial Kompleksində, Gədəbəydə Simens Qardaşlarının ev muzeyində, rayon Tarix və Diyarşünaslıq Muzeyində, Simens körpüsündə, Koroğlu qalasında çəkiliş və birbaşa yayımlar aparılıb, virtual ekskursiya təqdimatları keçirilib.
Muzeylərə virtual ekskursiyalar region iştirakçıları və sosial şəbəkə izləyiciləri tərəfindən yüksək maraqla qarşılanıb. Layihənin icrasında dəstək olan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və kurator əməkdaşlarına, Mədəniyyət Nazirliyinin və Nazirliyin Regional Mədəniyyət idarələrinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Əhali AVMA-nın layihəsi çərçivəsində muzeylərlə tanış oldu
Onu da qeyd edək ki, layihənin çəkiliş materiallarından ibarət materiallar ictimaiyyətə silsilə olaraq təqdim olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər