Sizin Reklam Burada

“Düşmənlərimizin başımız gətirdiyi faciələr haqqında gənclərimizi daha dolğun şəkildə məlumatlandırmalıyıq”

“Düşmənlərimizin başımız gətirdiyi faciələr haqqında gənclərimizi daha dolğun şəkildə məlumatlandırmalıyıq”Sədat Sərdaroğlu: "Dənizlidə bir diaspor təşkilatının qurulması istiqamətində atılacaq addım zamanı azərbaycanlı tələbə-gənclərin önə çıxacağına şübhə etmirəm"

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi ölkəmiz, o cümlədən Ermənistanın işğalı nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə daha dolğun şəkildə çatdırılması işində diaspor təşkilatlarımız ön sırada gedirlər. Eyni zamanda, qardaş Türkiyədə bu istiqamətdə görülən işlərdə türkiyəli ziyalıların da yaxından iştirak etdiyini vurğulmaq yerinə düşər.

Yeri gəlmişkən, layihəmizin də əhatə olunduğu Dənizli şəhəri də bu baxımdan xüsusilə fərqlənir desək, yanılmarıq. Artıq uzun illərdir ki, Dənizlidə Azərbaycanın tanıdılması, həmçinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırlması istiqamətində önəmli işlər görülür. Özü də bu işlərin təməli orta məktəb şagirdləri tərəfindən qoyulub.
Bu işdə Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyinin tarix müəllim Sədat Sərdaroğlunun rolunu xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, Sədat Sərdaroğlu Xocalı soyqırımı haqqında həqiqətləri böyüməkdə olan nəsillərə çatdırmaq üçün uzun illər Türkiyənin bır sıra şəhərlərində fəaliyyət göstərib. Eyni zamanda onun təşəbbüsü və rəhbərliyi ilə 2016-cı ildə Türk Egitim Vəqfi Anadolu Liseyinin müəllim və şagirdlərindən ibarət "Xocalı çalışma qupu" adı dərnək yaradılıb. Bu dərnək haqqında ətraflı məlumat verməzdən öncə bildirək ki, Sədat bəyin bu il Xocalı soyqırımından da bəhs edən "Vətənsiz çiçəklər" adlı bir romanı da çap olunub.

Gənclərimiz keçmişdə və bu gün düşmənlərimizin bizə yaşatdıqlarını, dostun kim, düşmənin kim olduğunu bilməlidirlər

Belə ki, bu il fevralın 5-də işıq üzü görən, Ahıska türklərinin Ahıskadan başlayıb, Özbəkistana, oradan isə Azərbaycana uzanan taleyindən bəhs edən romanda onların Dağlıq Qarabağa, Xocalıya yerləşməsi, sonra isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan fəlakətlərin, insanlıq əleyhinə cinayətlərin, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının şahidinə çevrilmələri böyük ürək ağrısı ilə verilib. Romanın yazılma səbəbinə toxunan Sədat Sərdaroğlu dedi ki, məqsədi həm ahıskalı türklərin acı taleyi, həm də ümumilikdə düşmənlərimizin zaman-zaman bizlərin-türk xalqlarının başına gətirdiyi faciələr haqqında ictimaiyyəti, xüsusilə də gəncləri daha dolğun şəkildə məlumatlandırmaqdır: “Belə faciələr sırasında bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı da var. Bizlər əlimizdə olan hər bir imkandan istifadə edərək həm bu faciə, həm də Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında gənclərə ətraflı məlumat verməliyik. Bunu ən əsas ona görə etməliyik ki, gənclərimiz keçmişdə və bu gün düşmənlərimizin bizə yaşatdıqlarını, dostun kim, düşmənin kim olduğunu bilsinlər”.

Həmsöhbətimizin fikrincə, milli məsələlərimizi gələcək nəsillərə ötürərkən ədəbiyyat, kino və ya digər sənət sahələrindən istifadə etmək faktları daha yaxşı və daha qalıcı öyrənmək üçün daha təsirli olacaq: "Ermənilər dünyanı yalanlarına inandırmaq üçün sənətdən və ədəbiyyatdan çox səmərəli istifadə edirlər. Təəssüf ki, bu məsələlərdə yetərli səviyyədə aktivliyimiz yoxdur. Qarabağ hadisələrindən və Xocalı faciəsindən bəhs edən kitabımın bu çatışmazlığın aradan qaldırılması istiqamətində önəmli rol oynayacağına inanıram".

Dənizlidə Xocalı soyqırımı haqqında həqiqətlərin ictimaiyyətə çatdırlması ilə bağlı işlər daha geniş miqyasda davam etdirilir

Konkret olaraq sözügedən dərnəyin qurulmasına gəlincə Sədat Sərdaroğlu dedi ki, bundan öncə o Türkiyənin müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında tədbirlərdə, konfranslarda olub. Həmin tədbirlərdə ünsüyyətdə olduğu insanlarla söhbəti, həmçinin apardığı müşahidələr nəticəsində bu qənaətə gəlib ki, xüsusilə gənclər, məktəblilər bu faciə haqqında ətraflı şəkildə məlumatlandırlmalıdır.
Məhz bundan yola çıxaraq Dənzlidə fasiləsiz olaraq bır sıra liseylərdə onun təşəbbüsü ilə konfranslar təşkil edilib: “İlkin müşahidələrim əsasında bu qənaətə gəldim ki, Türkiyənin bir çox yerlərində olduğu kimi Dənizli gənclərinin də Dağlıq Qarabağ problemi və Xocalı qətliamı barədə kifayət qədər məlumat yoxdur. Buna görə də düşündüm ki, gənclərə, məktəbli və tələbələrə bir məlumatın daha effektiv şəkildə çatdırlması üçün məhz məktəblilərin özləri önə çıxmalıdır. Yəni, baş verənləri bilmək və tanıtmaq üçün fəaliyyətimizi liseyimizin şagirdlərindən ibarət "Xocalı çalışma qrupu" dərnəyini yaratmaqla başladıq”.

Sədat Sərdaroğlu dedi ki, əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib: “Ümumiyyətlə, mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Yuxarıda da vurğuladığım kimi biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək. Bu dərnəyi də məhz həmin məqsədlə yaratmışıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolana məktub yazdıq və təklifimiz müsbət qarşılandı”.

Yerı gəlmişkən, Sədat Sərdaroğlunun verdiyi məlumata əsassən Dənizliyə səfər edənlərin, xüsusilə azərbaycanlıların diqqətini cəlb edən ilk yerlərdən biri şəhərin mərkəzində yerləşən, böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən Azərbaycan Qarabağ Parkıdır.

(davamı növbəti sayımızda)

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər