Sizin Reklam Burada

“Zaminbank”ın sabiq sədrinin keçmiş işçiləri də həbs ediləcək

“Zaminbank”ın sabiq sədrinin  keçmiş işçiləri də həbs ediləcəkKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Zaminbank” ASC-nin bütün sabiq işçiləri barədə araşdımalar başlayıb.

Avrasiya.net-in məlumatına görə, araşdırmalar əsas etibarilə bank kreditlərlə bağlıdır. Sabiq sədrin həbsindən sonra daha bir neçə həbsin olacağı gözlənilir. Əsas problem verilmiş kreditlərlə bağlıdır.

Xatırladaq ki, “Zaminbank” ASC-nin sabiq sədri Nadir İsmayılov bir neçə gün əvvəl həbs olunub. İyulun 2-də Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb. Unikal.org-un məlumatına görə, “Zaminbank” ASC-nin sabiq sədri Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Məlumatda bildirilir ki, sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüblər. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.

“Zaminbank” ASC 4 il əvvəl müflis elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər