Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Dərc olunub:
25-06-2020, 17:25
Bu gün Azərbaycanda 547 nəfər koronavirusa yoluxub, 291 nəfər sağalaraq evə buraxılıb.
Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva deyib ki, 6 nəfər COVİD -19-dan vəfat edib.