01 iyn 18:23Sosial

“Məsuliyyətsizliyimiz bizi böyük təhlükələrlə üz-üzə qoya bilər”

“Məsuliyyətsizliyimiz bizi böyük təhlükələrlə üz-üzə qoya bilər”Azərbaycan hökumətinin COVİD-19 pandemiyasına qarşı effektiv tədbirlər həyata keçirməkdədir. Əhalinin sağlamlıığı və sosial təhlükəsizliyi üçün həyata keçirilən bütün vacib və təxirəsalınmaz tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.

Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilən pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi” qəzetinə açıqlama verən Kliniki Tibbi Mərkəzin həkim stomatoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru (Phd) Alı Əliyev bildirib ki, hazırda bu pandemiyadan dünya əhalisinin milyon yarımdan artığı əziyyət çəkir və xeyli sayda da insan dünyasını dəyişib: “Bu virus Sars viruslar qrupuna mənsubdur. Covid-19 da koronavirusun bəşəriyyətdə mövcud olan yeni formasıdır. Alfa koronavirus heyvanlarda, Betta koronavirus isə insanlarda xəstəlik törədir. Bu xəstəliyin patoqnomonik simptomu yoxdur, yəni sırf özünəməxsus əlaməti yoxdur. Qızdırma, boğaz ağrısı, baş ağrısı, öskürək və s. Kimi KRVİ-yə xas olan əlamətlər verir. Ən nəhayət agciyərləri və qisməndə digər orqanlarda (ürək, böyrəklərdə) dəyişikliklər törədir. Təbii ki sadaladıgım orqanlardakı dəyişikliyi xəstəliyin daha agır keçən formaları törədir”.

Doktor bildirib ki, əhali heç də təşviş keçirməməlidir, amma təhlükəsizlikləri ilə bağlı mövcud qaydalara riayət etməlidirlər: “Əhalinin bu günlərdə daha anlaşıqlı davranmalarını xahiş edərdim. İnsanlara panikaya uymamalarını, evdə qalmalarını və şəxsi gigiyenik qaydalara ciddi riayət etmələrini tövsiyyə edərdim. Vətəndaşlarımız pandemiya gunlərində 3 əsas prinsipə əməl etməlidirlər: 1-ci Kontakt minimuma endirilməlidir; 2-ci Distansiya, yəni sosial məsafə saxlanılmalıdır (2 metr) və 3-cü İzolyasiya tədbirləri gözlənilməlidir. Ölkə başcısı başda olmaqla hökümətin həyata keçirmiş olduğu preventiv tədbirlərə bizim də ciddi dəstək verməyə borclu olduğumuzu bir vətəndaş kimi vurgulmaq istərdim. Unutmayaq ki, təhlükəsizliyimiz milli həmrəyliyimizdədir! Hər birimizi məsuliyyətli olmalıyıq, harada olmağımızdan asılı olmayaraq sağlamlığımızı düşünməliyik. Hökumət sağlamlığımızın qorunması üçün bütün vasitələrdən istifadə edib, real tədbirlər həyata keçirib, vasait xərcləyib. Məsuliyyətsizliyimiz bizi böyük təhlükələrlə üz-üzə qoya bilər”.
XƏBƏR LENTİ
SORĞU