Sizin Reklam Burada

“Elmira Axundovaya cinayət işi açılmalıdır” - Açıqlama

“Elmira Axundovaya cinayət işi açılmalıdır” - Açıqlama“Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu?”

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

“Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar. Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq" – S.Cəlaloğlu qeyd edib. /Musavat.com

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər