Sizin Reklam Burada

Kamran Əliyev daha bir prokuroru işdən çıxardı

Kamran Əliyev daha bir prokuroru işdən çıxardıBaş prokuror daha bir rayonun prokurorunu işdən çıxarıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Ağstafa rayonunun prokuroru Aslan Surxayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl daha 5 rayonun prokuroru və bir şöbə rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Belə ki, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov işdən çıxarılıb.

Həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər