Sizin Reklam Burada

Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR

Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR
Məlum olduğu kimi bütün ölkə ərazisində həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.İnsanların küçəyə çıxması müvafiq qərarla qadağan olunub.

Kanal32.az-ın Mingəçevirdə apardığı müşahidələr zamanı məlum olub ki,şəhərdə tam sakitlik höküm sürür.Əksər insanlar qayda və tövsiyələrə əməl edirlər.Küçələrdə olan vətəndaşlar isə xüsusi icazə əsasında yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər.

İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.

Mingəçevir polisi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır.Şəhərin giriş və çıxışındakı postlarda ciddi nəzarət həyata keçirilir.

Qeyd edək ki, pandemiyanın yayılmasının və qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri aprel ayı boyunca da davam etdiriləcək.

Əməkdaşımızın Mingəçevirdə çəkdiyi fotoları təqdim edirik:
Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR
Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR
Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR
Mingəçevirdə karantin rejiminə necə əməl olunur? - FOTOLAR
Bütün vətəndaşların,o cümlədən Mingəçevir sakinlərinin diqqətinə çatdırmaq istəyirik ki, infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.

Əziz mingəçevirlilər,ən azından düşünün ki,bizim şəhərimizdə də koronavirusa yoluxan 5 nəfər var.Gəlin,bu sayın artmasına imkan verməyək!

“Kanal32” İnformasiya Agentliyi də hər kəsə çağırış edir:Gəlin EVDƏ QALAQ,həm YAŞAYAQ,həm də YAŞADAQ!

Müəllif:İxtiyar Həsənli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər