Sizin Reklam Burada

Sadiq Qurbanov gənclərə müracət edib

Sadiq Qurbanov gənclərə müracət edibDeputatlığa namizəd Sadiq Qurbanov Gənclər günü münasibətilə Azərbaycan gənclərinə müraciət edib.

Müraciətdə deyilir:

Hər zamanın, hər dövrün ən dəyərli neməti olan Gənclər!

Sizi 2 fevral-Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatınızın bütün anlarında uğurlar arzulayıram!

Gənc və gələcək sözləri mahiyyət etibarilə bir-birinə çox yaxın ifadələrdir. Zamanın sürəti bütün dövrlərdə, istər müharibə,istərsə də sülh şəraitində gəncliyin fəaliyyəti ilə düz mütənasib olub.

Ümumiyyətlə, "Gənclik" anlayışı həyatın bütün sahələrində - elmdə, təhsildə, mədəniyyətd , xüsusən də Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin edən əsgər və hərbi qulluqçuların fəaliyyətində atılan ilk addım, başlanğıc kimi qəbul olunur.

O dövlət xoşbəxtdir ki, onun sağlam gəncliyi var.

Bu baxımdan AZƏRBAYCAN ona görə xoşbəxt bir ölkədir ki,
onun gəncliyi müstəqilliyimizin əbədi və dönməz olması üçün gələcək hədəflər haqqında düşünür, çalışır, vuruşur, yeri gəldikdə Milli Qəhrəmanımız MÜBARİZ İBRAHİMOV kimi, BABƏK ABİDOV kimi canından belə keçir.

Əziz və dəyərli gənclər! Sizi bir daha Gününüz münasibətilə (hər gün sizindir) təbrik edir, Heydər Əliyev ideyalarına sadiq qalmağınızı arzulayıram!

Siz prezidentimiz İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva siyasətinin aparıcı qüvvəsisiniz!

Siz Azərbaycanın ümid yeri və gələcəyisiniz!

Biz sizinlə fəxr edir və qürur duyuruq!

Biz Sizə güvənirik!

Tanrı sizləri qorusun! AMİN!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər