İqbal Ağzadənin görüşünə minlərlə seçici gəldi
Yağışlı hava olmasına baxmayaraq, Xətai rayonu Mehmandarov küçəsinin sakinləri Ümid partiyasının sədri, rayonunun 35-ci seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə ilə görüşmək üçün böyük ümidlə və şövqlə gəliblər.
İqbal Ağazadə çıxış edərək sakinləri salamlayıb, həm ərazinin, həm də ölkənin problemlərindən danışıb. Seçicilər hamısı bir nəfər kimi İ. Ağazadəni dəstəklədiklərini və 15 il ərzində onlarla münasibətin nəticəsində yenidən bu ərazidən nümayəndəliyini irəli sürdüyünə görə minnətdarlıq ediblər.
İ. Ağazadə öz növbəsində seçicilərinə bağlı olduğunu, bu məqama yüksəlməsində onların misilsiz xidmət göstərdiklərini qeyd etməklə bir daha öz təşəkkürünü bildirib.
Görüşün sonunda Qarabağ qazisi İ. Ağazadə seçicilərin suallarına cavab verib.
Mehmandarov küçəsinin sakinləri İ. Ağazadəni əmin ediblər ki, hamısı səsverməyə gedəcək, məhz ona səs verəcəklər.