Sizin Reklam Burada

"Beynəlxalq təşkilatlar beynəlxalq konvensiyaların prinsiplərinə hörmətlə yanaşmalıdırlar”

"Beynəlxalq təşkilatlar beynəlxalq konvensiyaların prinsiplərinə hörmətlə yanaşmalıdırlar”Ermənilər hər zaman bir sıra beynəlxalq konvensiyaları, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar

Bunu Avrasiya.net-ə ekspert Əkrəm Bəydəmirli açıqlamasında bildirib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə UNESCO-nun missiyası ilə bağlı və həmçinin vaxtılə işğal dövründə həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət olunduğunu vurğuladi: “Dövlət başçısı adı çəkiklən təşkilatın bundan imtina etməsi ilə bağlı məqamlara toxunaraq bir sıra qurumlara ciddi mesajlar verdi. Gerçəkdən 30 il UNESCO Azərbaycanın tarixi, mədəni abidələrə qarşı Ermənistanın soyqırımı siyasətinə göz yumdu. Bu dövr ərzində saysız- hesabsız tarixi abidələrimiz, məscidlər, ziyarətgahlar və digər mədəni resurslar məhv edildi. Bu məqamlara etinasız yanaşan mötəbər bir beynəlxalq təşkilatın mövqeyi təəssüf və təəccüb doğurur. Ermənilər hər zaman bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə Ermənistan dövləti məsuliyyət daşıyır və cəzalanmalıdır. UNESCO və digər beynəlxalq qurumlar isə belə məqamlarda seyrçi mövqeydə qalıblar. Ən azından bundan sonra adı çəkilən təşkilatlar beynəlxalq konvensiyaların prinsiplərinə hörmətlə yanaşmalıdırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər