Sizin Reklam Burada

Yerevanla Bakı arasında MÜBAHİSƏ: Qazax-İcevan, yoxsa Zəngilan-Mehri dəhlizi?

Yerevanla Bakı arasında MÜBAHİSƏ: Qazax-İcevan, yoxsa Zəngilan-Mehri dəhlizi?Yanvarın 30-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutdu. Üçtərəfli komissiyanın iclasında Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev regional nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdi.

Avrasiya.net xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti görüşün bəzi detallarını əldə edib. Əsas mübahisə mövzüsu avtomobil və dəmir yolu xətlərinin keçəcəyi marşrutlarla bağlıdır. Belə ki, Yerevan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşməsi üçün şimal dəhlizi (Qazax-İcevan-Yerevan-Naxçıvan) istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutuna üstünlük verir.

“Yerevan üçün şimal dəhlizi daha sərfəlidir. Yolun böyük hissəsi işlək vəziyyədədir və onun bərpası daha qısa zamana başa gələcək. Avtomobil yolunun açılmasına gəlincə, bu, Ermənistan üçün rentabelli deyil. Çünki Azərbaycandan Rusiyaya gedən yol Gürcüstanla müqayisədə 900 kilometr daha uzun olacaq”-deyə logistika üzrə ekspert Norayr Qevorkyan açıqlama verib.

Amma Zəngilan istiqamətindfə dəmir yolu xəttinin bərpası ilə bağlı Azərbaycan tərəfinin apardığı iş rəsmi Bakının istəyinin qəbul olunacağından xəbər verir, - deyə qəzet yazır.

Xatırladaq ki, üçtərəfli komissiya fevralın 2-nə qədər ekspert qruplarının yaradılmasını yekunblaşdırmağı, fevralın 5-nə qədər isə onların ilk iclasının keçirilməsini müzakirə edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər