Sizin Reklam Burada

“Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüşün başlanğıcı oldu” - Aqil Məmmədov

“Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüşün başlanğıcı oldu” - Aqil Məmmədov“Milli Qurtuluş günü kimi müasir tariximizə daxil olan 1993-cü ilin 15 iyun günü ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsi ölkəmizin taleyində dönüşün başlanğıcı oldu. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi”.
Bu açıqlama ilə Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edib.

A.Məmmədov bildirib ki, 15 İyun – Milli Qurtuluş günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: “Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda xalqının maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü. Ölkənin belə bir ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın bu niyyətini qəbul edən Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlər qısa zamanda nəticəsini verdi.

Nizami ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı. İqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr əldə edildi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir”.

Millət vəkili bildirib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir: “Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, idman yarışları, forumlar və s. dünya əhəmiyyətli işlər bir daha sübut edir. Eyni zamanda, Aəzrbaycan Prezidentinin zaman-zaman ən sərt dildə erməni işğalına qarşı çıxışları, ordumuzun hazılıq vəziyyəti xalqımızda, o cümlədən, kəlbəcərlilərdə yurda dönmək ümidini hər gün daha da artırır. İnanırıq ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqını işğal olunmuş torpaqlarımıza qaytaracaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər