"İran müdafiə nazirinin Bakıya səfəri etimadın möhkəmlənməsinə töhfə verir"

İranın müdafiə naziri Əziz Nəsirzadənin Azərbaycana səfəri və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin keçirilməsi Tehranın qonşuları ilə etimad və əməkdaşlığı möhkəmləndirmək qətiyyətindən xəbər verir.

"Mehr" agentliyi xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Tehran üçün xüsusi əhəmiyyət daşıyır, regionda sülh isə İranın təhlükəsizliyi üçün vacibdir.

Bəqai əlavə edib ki, ölkənin müdafiə nazirinin səfəri İranın xarici işlər naziri Abbas Əraqçinin bir müddət əvvəl Bakıya baş tutmuş səfərinin davamı olub.

"Biz belə təmasları region ölkələri arasında qarşılıqlı anlaşmanın qorunması və möhkəmləndirilməsi, hər hansı anlaşılmazlığın aradan qaldırılması üçün zəruri hesab edirik. Bu dialoqun davam etdirilməsində israrlıyıq", - o deyib və əlavə edib ki, səfər zamanı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bəqai vurğulayıb ki, səfər iki ölkə arasında etimadın möhkəmlənməsinə kömək edəcək.

Xatırladaq ki, fevralın 6-da Azərbaycan müdafiə naziri Zakir Həsənov və onun iranlı həmkarı Əziz Nəsirzadə arasında görüş keçirilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və elm sahələrində əlaqələrin cari vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər