Sizin Reklam Burada

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılarRusiyanın Sankt-Peterburq şəhərindən Belarusa qatarla gedən beş rusiyalı “səfərbərlik haqqında” qanuna görə ölkədən buraxılmayıb.

Bu barədə qadağa qoyulan şəxslərdən biri deyib: “Qatardan dörd nəfəri çıxardılar, sərhədçilər onların hər birinin adını və yerini bilirdilər”.

Hərbi kafedranı bitirdiyini, lakin orduda xidmət etmədiyini deyən həmin şəxs bildirib ki, əvvəlcə Minskə, oradan da İstanbula gedəcəkmiş.

Amma onu Belarusla sərhəddən əvvəl, Nevel-2 dəmiryolu stansiyasında qatardan düşürüblər.

Rusiyalıların beşinə də səfərbərlik haqqında qanun əsasında səyahətin qadağan olunduğu barədə bildirişlər verilib.

Sənəddə deyilir ki, dəqiqləşdirmə üçün qeydiyyat yerindəki hərbi komissarlığa müraciət etmək lazımdır.//Oxu.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər