Zaporojye Ukraynadan de-fakto "ayrıldı"
Dərc olunub:
28-09-2022, 01:09
Zaporojye vilayəti de-fakto Ukraynadan "ayrıldı" və Rusiyanın tərkibinə daxil olmaq üçün müraciət ünvanladı.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiyanın Zaporojye vilayətinin qondarma hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski deyib.
Qeyd edək ki, vilayətdə keçirilən qondarma referendumun nəticələrinə görə, seçicilərin 93 faizi Rusiyanın tərkibinə keçməyin lehinə səs verib.