Litva hərbi qüvvələri hazır vəziyyətə gətirildi
Dərc olunub:
21-09-2022, 15:57
Litva Rusiyanın qismən səfərbərlik qərarına cavab olaraq çevik reaksiya qüvvələrinin hazırlıq səviyyəsini artırıb.
Axar.az xəbər verir ki, bunu barədə Litva müdafiə naziri Arvidas Anuşauskas deyib.
"Rusiyadakı hərbi səfərbərlik Kalininqrad vilayətində, bizim qonşuluqda da həyata keçiriləcəyi üçün bunu sadəcə seyr edə bilmərik. Çevik reaksiya qüvvələrimiz hazır vəziyyətdədir", - Anuşauskas bildirib.