Paşinyan əsgər analarını döydürdü - Video
Dərc olunub:
21-09-2022, 11:41
12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatı zamanı ölən erməni hərbçilərin valideynləri Baş nazir Nikol Paşinyanı vida mərasimindən qovmaq istəyiblər.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, yüzlərlə valideyn Paşinyanın kortejinin İrəvandakı “Erablur” hərbi panteonunun ərazisinə keçməsinə əngəl yaradıblar.
“Güya ölən əsgərlərin ata və analarına başsağlığı vermək istəyən erməni baş nazir insanların ona qarşı olduğunu görüb xüsusi təyinatlıları məzarlıq ərazisinə töküb. Ölən əsgər valideynləri döyülərək ərazidən çıxarıldıqdan sonra Paşınyan ora girə bilib”, - məlumatda qeyd olunub.