Tokayevdən xəbərdarlıq: Nüvə savaşı baş verə bilər!
Dərc olunub:
21-09-2022, 08:13
Dünya iki nəsil sonra ilk dəfə nüvə savaşı riski ilə üzləşib.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
O, keçmişdə Qazaxıstanın nüvə sınaqlarından böyük ölçüdə zərər gördüyünü bildirib:
“Nüvə güclərinin artan rəqabəti və açıqlamalarından narahatıq. Bu dövlətlər arasında qarşılıqlı inamsızlıq yüksək səviyyəyə çatıb”.