Sizin Reklam Burada

Qazilər aksiya keçirdi: Misir Qasımlı azadlığa buraxılsın!

Qazilər aksiya keçirdi: Misir Qasımlı azadlığa buraxılsın!Qarabağ qaziləri Ukraynanın Bakıdakı səfirliyinin qarşısında Vətən müharibəsinin iştirakçısı, Kiyevdə həbsdə saxlanılan Misir Qasımlının azadlığa buraxılması tələbi ilə aksiya keçirib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aksiya zamanı səfirliyin qarşısında 12 metrlik Azərbaycan bayrağı açılıb, müxtəlif şüarlar səsləndirilib.

Bildirilib ki, M.Qasımlının səhhətində problemlər yaranıb. Aksiya iştirakçıları onun tez bir zamanda azad olunmasını tələb ediblər.

Qeyd olunub ki, artıq Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz də Ukrayna səfirlikləri qarşısında etiraz aksiyası keçirmək üçün müraciətlər ediblər.

Aksiyada qazi M.Qasımlının anası Xalidə Qasımlı da iştirak edib. X.Qasımlı aksiya iştirakçılarına təşəkkür edib. O, oğlunun tezliklə azadlığa buraxılmasını istəyib.

Aksiya iştirakçıları M.Qasımlının azadlığa buraxılması tələbi barədə bəyanatı səfirliyin qarşısında səsləndirib, bəyanat səfirliyə təqdim edilib.

Xatırladaq ki, M.Qasımlı və digər Azərbaycan vətəndaşı Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, yaxınlarının sözlərinə görə ittihamlar 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb, onların səhhətində ciddi problemlər yaranıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər