İrəvanda Nikola qarşı aksiyalar yenidən başlayır
Dərc olunub:
15-09-2022, 14:25
Sentyabrın 15-i səhər saatlarından Ermənistan parlamentinin binası çoxlu sayda polis tərəfindən qorunur.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, polis qalxanlardan divar düzəldərək, Dəmirçyan küçəsinin girişini bağlayıb. Bu yolla deputatların binaya maneəsiz hərəkətini təmin edirlər.
Qeyd edilib ki, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə dünənki etiraz aksiyasının davam edəcəyi gözlənilir.
“Dünən yüzlərlə erməni vətəndaşı Baqramyan prospektini bağlayaraq, Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirib. Onlar “Nikol satqındır” şüarları səsləndiriblər. Bu gün vətəndaşlar parlament binası yaxınlığında toplaşmağa başlayıblar”, - məlumatda qeyd olunub.