Nikol Kremlin istəyilə generala qarşı cinayət işini dayandırdı
Dərc olunub:
8-09-2022, 10:38
Ermənistan Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyan Rusiya dairələrinin himayəsi altında olduğu üçün ona qarşı cinayət işi dayandırılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Ona görə də Paşinyan şounu davam etdirmir. Təbii ki, reytinqi naminə o, rusların qoyduğu qadağanı poza bilərdi. Amma Paşinyan artıq 2018-ci ilin lideri deyil ki, KTMT-nin baş katibinə qarşı iş başlatsın. O, 4 ildir ki, ruslara qarşı kampaniyanın təhlükəsini anlayıb”, - məlumatda deyilib.