Putin payız-qış hücumuna hazırlaşır
Dərc olunub:
2-09-2022, 10:12
Rusiya rəhbərliyi payız-qış aylarında Ukraynaya qarşı hücumu gücləndirmək üçün yeni qüvvələr yaratmağa hazırlaşır.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Putinin Ukraynadakı “antirusiya anklavını” aradan qaldırmaq planlarını açıqlaması, həmçinin ukraynalılara qarşı köhnə aqressiv ritorikanı təkrarlaması onun bütün ölkəni ələ keçirmək kimi maksimalist niyyətlərindən əl çəkmədiyini göstərir. Bu bəyanat payız-qış aylarında Rusiyada əlavə qüvvələrin yaradılmasına çağırışıdır”, - məlumatda deyilib.