“Lukoyl”un Direktorlar Şurasının sədri müəmmalı şəkildə öldü
Dərc olunub:
1-09-2022, 11:11
“Lukoyl”un Direktorlar Şurasının sədri, 64 yaşlı Ravil Maqanov Moskvadakı Mərkəzi Klinik Xəstəxanasında pəncərədən yıxılaraq ölüb.
Bu barədə “112” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Maqanov xəstəxananın 6-cı mərtəbəsində müalicə kursu keçirmiş.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.