Sizin Reklam Burada

"Lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar"

"Lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar"Türkiyəni çətin vəziyyətdə qoymaq üçün iqtisadiyyata zərbə vurmağa çalışırlar. Valyuta məzənnəsi beynəlxalq bazarda tənzimlənir və bu sahədə dominantlıq Amerikaya məxsusdur. Türk lirəsinin dəyərdən düşməsi Baydenin dövrünə təsadüf elədi. Baydenlə Ərdoğan bir neçə dəfə görüş keçirdi. Bayden lirənin dəyərini artıra biləcəyini dilə gətirmişdi. Ancaq qarşılığında Türkiyə Rusiyadan S-400-lərdən imtina etməli, YPG/PYD örgütləri ilə mübarizə aparmamalıdır. Ancaq Türkiyə tərəfi S-400-lər anlaşmasından geri çəkilmədi və terror örgütlərini də təmizləməyə davam elədi.

Bunu siyasi analitik Elman Vəliyev Avrasiya.net-ə Türkiyədə lirənin dəyərdən düşməsi ilə bağlı ölkədə yaranan vəziyyətə münasibətində açıqlayıb.

Analitik qeyd edib ki, Bayden seçkilər zamanı Ərdoğanı müxalifətə dəstək verməklə devirə biləcəyəni bildirmişdi. İndi lirənin dəyərini aşağı salmaqla xalqı qıcıqlandırırlar, müxalifətə şərait yaradırlar. Belə etməklə xalqla hakimiyyəti üz-üzə qoyur, günahkar kimi AKP-ni qələmə verməyə çalışırlar:

"Hesab etmirəm ki, hazırda Ərdoğanın yerinə gələ biləcək hər hansı bir şəxs Türkiyəni daha mükəmməl bir vəziyyətə gətirə. Hazırki müxalifət liderləri iqtidarı idarəetmə gücündə deyillər. Ərdoğan Türkiyəni beynəlxalq arenada önəmli güc ünsürünə çevirə bildi. Ancaq indiyə kimi liderlik etmiş bəzi şəxslər müstəqil siyasət aparmırdı, təlimatlar əsasında idarə edirdi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər