Avropa ölkələrindən İrana çağırış
Dərc olunub:
25-11-2021, 03:52
İran hakimiyyəti Kəraçidə MAQATE üçün TESA obyektlərinə giriş imkanını bərpa etməlidir.
Avrasiya.net xəbər verir ki, bu barədə Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazirliklərinin bəyanatında bildirilib.
“Sentyabrda İranla əldə edilən razılaşmaya baxmayaraq, rəsmi Tehran MAQATE-yə Kəraçidə TESA obyektlərinə giriş imkanı yaratmır. İranın öhdəlikləri yerinə yetirməməsi faktı narahatlıq yaradır və onun vicdanlı fəaliyyətini şübhə altına qoyur”, - deyə birgə bəyanatda vurğulanıb.